azia.az
azia.az

"Şəffaf" tenderlər rubrukasından: İcra Hakimiyyəti MTN-in pulunu aldığı şəxslə müqavilə bağladı – 259 min manat

12-11-2019, 12:06


Astara Rayon İcra Hakimiyyəti “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti ilə 259 min 189.53 manat dəyərində müqavilə imzalayıb.
"Şəffaf" tenderlər rubrukasından: İcra Hakimiyyəti MTN-in pulunu aldığı şəxslə müqavilə bağladı – 259 min manat
Yenisabah.az xəbər verir ki, müqavilə rayon ərazisində yolların əsaslı təmiri məqsədilə imzalanıb. Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, “Elnur-2” şirkəti 11 fevral 1994-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57 olan şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur. Şirkətin nizamnamə kapitalı isə 1 manat 60 qəpikdir.

Açıq mənbələrdə “Elnur-2” şirkəti və onun qanuni təmsilçisi Zaur Abıyevin adı yalnız “MTN işi” ilə bağlı materiallarda keçir. Zaur Abıyev bu iş üzrə zərərçəkən kimi tanınıb. O, məhkəmə istintaqı zamanı ifadəsində bildirib ki, 2013-cü ilin dekabr ayının 19-da digər zərərçəkmiş Elton Cəfərli ilə birlikdə “Texnikabank”ın “Proqress” filialından 620 min manat pul götürüb çıxarkən MTN əməkdaşları tərəfindən saxlanılıblar.

Zaur Abıyevin sözlərinə görə, onları pul torbası ilə birlikdə MTN-ə aparıblar və bir müddət saxladıqdan sonra sərbəst buraxıblar. Zərərçəkmiş sərbəst buraxılarkən pulun üstündən 200 min manat məbləğin əskik olduğunu öyrənib.

Zaur Abıyevin sözlərinə görə, həmin dövrdə rəhbərlik etdiyi şirkət Saatlı Olimpiya kompleksinin tikintisini də həyata keçirib. “İntensiv-Servis” şirkətinin yerinə yetirdiyi işlər üçün “Elnur-2”nin təsisçisi öz vəsaiti hesabına tikinti materialları alıb, sonradan hesaba gələn pullar təchizatçıların hesablarına və əməkdaşların əməkhaqlarına xərclənib.

Fəqət, vəkillərin sualları zamanı aydın olub ki, Zaur Abıyev saxlanılan gün sözügdən bankda onun adına nağd pul verilməyib və həmin hesabda olan vəsait tamamilə başqa insanın adında olub.

Bu epizod üzrə ifadə verən digər zərərçəkmiş Elton Cəfərli “Elnur-2” şirkətində memar işlədiyini və həmin gün, sadəcə olaraq, avtomobili idarə etdiyini bildirib. Puldan xəbəri olmadığını deyib.

“Elnur-2” şirkətinin mühasibi Xuraman Əliyevanın şahid qismində verdiyi ifadə isə bəzi mətləblərə aydınlıq gətirdi.

Onun sözlərinə görə, həmin gün Zaur Abıyev banka gedərək, hesabda olan 620 min manat pulu təchizatçıların hesablarına köçürməli idi və nağd pulun bankdan çıxarılması ilə bağlı göstəriş olmayıb. Şahid əlavə edib ki, sözügedən gün şirkətin ofisinə 3 nəfər MTN əməkdaşı gəlib və o zamankı direktor Əlizadə Abduləliyevlə görüşüblər. Mühasib şirkətdə 40-50 nəfər əməkdaşın çalışdığını sözlərinə əlavə edib.

Şahid Əlizadə Abduləliyev ifadəsində deyib ki, orta təhsilli olmasına baxmayaraq, 2005-ci ildən 2015-ci ilədək “Elnur-2” şirkətində direktor vəzifəsində çalışıb. Onun sözlərinə görə, şirkətdə 100 nəfərə yaxın əməkdaş işləyib və əməkhaqqı alıb. Yeri gəlmişkən, vəkil Adil İsmayılov sonradan sənədlərlə göstərdi ki, şirkətdə fəhlə kimi qeydiyyatda olan şəxslərin aylıq maaşı 90 manata bərabər olub. Ən yüksək maaş alan direktorun aylıq məvacibi isə 450 manat imiş.

Əlizadə Abduəliyevin sözlərinə görə, ofisə gələn MTN əməkdaşları arasında Zaur Məmmədovu xatırlayır və təqsirləndirilən vəsiqəsini göstərərək, özünü təqdim də edib.

Zaur Abiyev də iddia edib ki, həmin saatlarda MTN-də saxlanılıb və nazirlikdə olduğu bütün vaxt ərzində təqsirləndirilən Zaur Məmmədov onunla bir otaqda olub. İfadələrdəki bu uyğunsuzluğu “Elnur-2” şirkətinin əməkdaşları izah edə bilməyiblər.

Astara Rayon İcra Hakimiyyətinin nizamnamə kapitalı 1 manat 60 qəpik olan bir şirkətlə böyük məbləğli müqavilə imzalaması maraqlı görünür. Digər tərəfdən Zaur Abıyevin “MTN işi” ilə bağlı məhkəmə verdiyi ifadədə “620 min manat müəmması” da bu tenderin şəffaflığına müəyyən şübhələr yaradır. İstinad olunan mənbə bu linkdir:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi