azia.az
azia.az

“Uniklinika”da ölüm: - burun əməliyyatı 16 yaşlı gəncin həyatına son qoydu

15-08-2019, 08:03

“Uniklinika”da ölüm: - burun əməliyyatı 16 yaşlı gəncin həyatına son qoydu“Uniklinika”da ölüm: - burun əməliyyatı 16 yaşlı gəncin həyatına son qoydu
Azia.az təqdim edir. Bakıda özəl klinikalardan birində rinoplastika (burun estetik əməliyyatı) nəticəsində növbəti ölüm faktı qeydə alınıb. "Yeni Sabah" xəbər verir ki, bunu Oxu.Az-a Yasamal rayon Polis İdarəsindən bildiriblər. Məlum olub ki, hadisə Kazım Kazımzadə küçəsində yerləşən "Uniklinika”da baş verib. Burada avqustun 13-ü saat 19:00-da əməliyyat zamanı 2003-cü il təvəllüdlü paytaxt sakini Xurşudov Mirəhməd Ağasəf oğlu ölüb. Hazırda Yasamal rayon prokurorluğu faktla bağlı araşdırma aparır. Həmin klinika ilə əlaqə saxlasaq da, əməkdaşlar məlumat verməkdən imtina etdilər. Xatırladaq ki, 2018-ci ilin martında "StarMed” klinikasında burun əməliyyatı zamanı Azərbaycan Maliyyə-İqtisad Kollecinin 18 yaşlı tələbəsi Mürsəlova Leyla Namiq qızı ölmüşdü.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi