DSX sərhədi pozan gürcüstanlını saxladı
Azia.az təqdim edir. Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması tədbirləri davam etdirilir. DSX-dən Axar.az-a verilən məlumata görə, avqustun 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Ağstafa rayonunun Ağgöl kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş Gürcüstan vətəndaşı 1973-cü il təvəllüdlü Temur Şaraşidze sərhəd pozucusu qismində saxlanılıb. Fakt üzrə cinayət işi qaldırılıb, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.