azia.az
azia.az

“Azercell Telekom” MMC-nin rəsmi mövqeyi

18-07-2019, 19:06


17 İyul 2019-cu il tarixində “tech.liga.net” saytında və bəzi başqa saytlarda yerləşdirilən “Большие деньги. Компания из Баку приценивается к Vodafone Ukraine” https://tech.liga.net/telecom/article/bolshie-dengi-kompaniya-iz-baku-pritsenivaetsya-k-vodafone-ukraine - başlıqlı yazıya “Azercell Telekom” MMC olaraq aydınlıq gətirmək istərdik.“Azercell Telekom” MMC-nin rəsmi mövqeyi
Vurğulamaq istərdik ki, məqalədə qeyd edilən məlumatlar həqiqəti əks etdirmir və fərziyyələrə əsaslanaraq oxucularda yanlış fikir formalaşdırmaq cəhdindən başqa bir şey deyildir. Həmçinin, peşəkar jurnalist etikasına uyğun olaraq, məqalə yerləşdirilməmişdən öncə məsələ ilə bağlı “Azercell Telekom” MMC-nin rəsmi mövqeyi soruşulmamış və heç bir dəqiqləşdirilmə aparılmamışdır.
Yuxarıda sadalanan məqamları nəzərə alaraq, oxucuları bu növ xəbərlərdə qeyd edilən məlumatlara inanmamağa səsləyirik.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi