azia.az
azia.az

Şamaxıda güclü leysan - Kəndlə əlaqə kəsildi

17-05-2017, 18:12

Şamaxıda güclü leysan - Kəndlə əlaqə kəsildi


Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonu, Keçmədin kəndinə aramsız yağan yağışlar nəticəsində kəndlə nəqliyyat əlaqəsinin kəsilib.

azia.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bu səbəbdən tibbi yardıma ehtiyacı olan 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə xilasedicilərə müraciət daxil olub.

Müvafiq köməklik göstərilməsi məqsədi ilə dərhal Nazirliyin Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunaraq vətəndaşın təhlükəsiz əraziyə çıxarılması təmin edilib. Əməliyyat saat 13:46-da başa çatıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi