Azərbaycan Respublikasını dünyaya hər sahəsi ilə tanıtmaqa çalışan ölkə rəhbəri minbir əziyyət çəkməsinə baxmayaraq, əziyyətini puç edənlərdə tapılmaqdadır. Respublikanın bir çox rayonlarında səhiyyə sahəsi iflic durumdadır. Azərbaycanın bölgələrində mərkəzi xəstəxanalar fəaliyyət göstərməkdədir.
Bu mərkəzi xəstəxanalar regionlarda özəl klinikaların fəaliyyətini tənzimləməklə yanaşı yerli poliklinikaların idarə edilməsində önəmli rol oynamaqdadır. Bu gün isə söz açacağımız səhiyyə ocağı Beyləqan rayonunda fəaliyyətdədir. Beyləqan rayonunda İcra Hakimiyyətinin başçısı nə də xırda məmurlar rayonun inkişafına deyil şəxsi ciblərini güdməkdədirlər. Bir sıra araşdırmamız nəticəsində Beyləqan səhiyəsində dərəbəylik olduğu müşahidələrimizdən yan keçməyib. Belə ki, Beyləqan rayonunda “AzMed” adlı özəl klinikanın fəaliyyəti meydana çıxıb. Klinika dedikdə ağlınıza paytaxtda yerləşən dəbdəbəli səhiyyə ocaqları gəlməsin. Bu səhiyyə ocağı 5-6 otaqdan ibarət sadəcə köhnə avadanlıqlarla fəaliyyət göstərməsi ilə bağlı məlumatlar redaksiyamıza daxil olub. Həmin klinikanın otaqlarında bir-iki aparatın olmasına baxmayaraq gün ərzində külli miqdarda qanunsuz pullar yığılmaqdadır.
Məsələ əslində “AzMed” klinikasının niyə fəaliyyət göstərməsi deyildir. Mahiyyətcə Beyləqan rayon Mərkəzi Xəstəxananın baş həkimi Əli Məmmədovun bu klinikanın fəaliyyətinin qanunsuz əməllərinə göz yumasıdır. Redaksiyamıza daxil olan məlumatlara görə, RMX-nın rəsmi ştat işçiləridə həmin klinikada qanunsuz olaraq fəaliyyət göstərməkdədirlər. Ə.Məmmədov rayonda qanunsuz səhiyyə sahəsində rüşvət toplanmasının qarşısını almaqda acizlik nümayiş etdirməkdədir. “AzMed” klinikasında heç bir possientə rəsmi qaydada yoxlanışa görə, pul alınması ilə bağlı qəbz verilməməkdədir. Bütün bunlara isə göz yumulmasının səbəbi kimi Ə.Məmmədovun həmin klinikanın rəhbəriylə sıcaq dostluq münasibətinin olması göstərilməkdədir.
Regionlarda fəaliyyət göstərən müalicə mərkəzlərinində səhiyyə nazirliyindən rəsmi icazəsi olmadığı təqdirdə fəaliyyəti qadağan olsada baş həkimin yaxın dostları bu qanunları kobud şəkildə pozmaqdadırlar. Bunlardan biridə Naftalan Müaəlicə Mərkəzidir ki bununda hansı qanunlar çərçivəsində fəaliyyət göstərməsi açıq məlumdur. Alınan pullar qanunsuz olaraq qəbz verilmədən nəğd ödənişlər vasitəsi ilə həyata keçirilməkdədir. Bu fəaliyyət növü isə Azərbaycan respublikası qanunları ilə qadağan edilir.
Ardı var.
Araşdırmamız davam edir
BakuNews.az
Növbəti yazımızda:
AZTV əməkdaşı ilə həkim danışığına şahid olan Bakunews.az-ın müxbiri danışacaq…
Əli Məmmədov dostu kimdir və bu dostluqdan hansı biznes şəbəkəsi yaradılıb…
Səhiyyə nazirinin göstərişinə hansı səbəbdən məhəl qoyulmur... MARAQLAR...
RMX-nın baş həkimi xəstə olmayan şəxslərə hansı məqsədlə xəstəlik arayışı verməkdədir...
Əli Məmmədovla Beyləqan rayon DSMF müdirini hansı şərik biznesi var...?