azia.az
azia.az

Müəmmalı yanğınlar imişliləri təlaşa saldı

18-06-2016, 06:59

Müəmmalı yanğınlar imişliləri təlaşa saldı İmişlidə qəsdən yanğınlar törədilib.

İmişli rayonunun Mirili kənd sakinlərinin APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, Mirili kəndində saat 22.00 və 23.50 radələrində 20-30 dəqiqə intervallarında vətəndaşlara məxsus şəxsi təsərrüfatların ot tayalarında naməlum şəxslər tərəfindən qəsdən yanğınlar törədilib.

Həmin kəndin sakinləri, Qəhrəmanov Əmir Məzahir oğluna məxsus 500 ot bağlaması, Tağıyev Şəmsəddin Əli oğluna məxsus 250 ot bağlaması, Tağıyev Tağı Tofiq oğluna məxsus 50 ot bağlaması və İsmayılov Əlhakim Ağarəzi oğluna məxsus ot tayası qəsdən yandırılıb. Həmin gün gündüz saatlarında Əhmədov Raqub Əhməd oğluna məxsus yaşayış olmayan evin də yandığı qeyd edilir.

Sakinlər qeyd edir ki, evlər bir-birindən 200-300 metr aralı olduğundan yanğınların digərinə keçməsi ehtimalı istisna olunur və yanğınların qəsdən törədildiyi ehtimalı böyükdür. Hal-hazırda yanğın davam edir. Hadisə yerinə polis və FHN əməkdaşları cəlb edilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi