2018-ci ilin ən gözəl qızı seçildi - FOTOLAR
![]()
Çinin Haynan adasında “Dünya gözəli 2018” müsabiqəsi keçirilib.
AZİA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, müsabiqənin qalibi Vanessa Ponse de Leon olub. Meksika təmsilçisi dünyanın ən gözəl qızı seçilib.
Yarışmanın ikincisi Tailanddan olan Nikolin Piçapa Limsnukan seçilib. Final buraxılışı 3 saat davam edib. Əvvəlcə münsiflər 30, sonra 12, sonda isə 5 iştirakçını seçiblər. İlk beşliyə Belarusiya, Meksika, Tailand, Uqanda və Yamayka yer alıb.![]()
Meksikalı qalibə tacını “Dünya gözəli 2017″nin hindli qalibi Manuşi Çhillar taxıb.
Qeyd edək ki, yarışmaya 118 ölkənin təmsilçisi qatılıb. İştirakçılar bir il əvvəl yarışma üçün Çinə gediblər.![]()
![]()