azia.az
azia.az

Kirayə pulu alan deputat Ramil Həsən kimdir? – Ayda 11 min dollar maaş alır, adı uşaq oğurluğunda keçir…

21-11-2021, 14:16

Kirayə pulu alan deputat Ramil Həsən kimdir? – Ayda 11 min dollar maaş alır, adı uşaq oğurluğunda keçir…
Bir müddət əvvəl özünə dəbdəbəli doğum günü keçirən, ad günündə özünü sosial şəbəkə hesabında təbrik edən Ramil Həsən indi kasıb deputat kimi qələmə verilir. Reportyor.info bildirir ki, onun da adı kirayə pulu alan deputatlar siyahısındadır. Halbuki deputat özünə bahalı ad günü keçirməklə hansı imkanlara malik olduğunu nümayiş etdirmişdi. R. Həsənin guya mənzili yoxdur və 220 manat kirayə puluna ehtiyacı var. Yeri gəlmişkən, onun adı uşaq oğurluğunda keçir. Bu, Yekaterinanın hazırkı nikaha daxil olmazdan əvvəl münasibətdə olduğu, qızı Malikanın atasıdır. Uzun sürən məhkəmə baxışının davam etdiyi hadisə, 25 oktyabr 2019-cu ildə baş verib. Həmin gün qəyyumluq komissiyası atanın uşaqla görüşlərinin cədvəli məsələsini həll edirdi. Cədvəl Yekaterinanı qane etmədi və o, hisslərini cilovlaya bilməyərək, yumruqları ilə Vaelə hücum cəkdi. Polis Millət vəkili Ramil Həsənin özünü idarə edə bilməyən həyat yoldaşına qarşı cərimə tətbiq etdi. İstintaq Kişinyov apelyasiya palatasınadək çatdı ki, orada 8 iyul 2020-ci ildə Yekaterina Həsənin qanunu pozduğu təsdiq edildi və onun üçün təyin edilmiş cəza qüvvədə saxlanıldı.

Yekaterina Həsən uzun müddətdir ki, qanunla yola getmir. Və millət vəkili olan həyat yoldaşı bu işdə ona dəstək verir. Qeyd edək ki, bir müddət əvvəl deputat şübhəli əmək haqqı sənədi ilə qalmaqala qarışmışdı. Ramil Həsənin məhkəməyə təqdim etdiyi sənəddə onun beynəlxalq biznesin inkişafı üçün çalışdığı və Bakıda yerləşən “Etna Group” şirkətinin icra komitəsinin üzvü olduğu və 11 min dollar maaş aldığı bildirilmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi