azia.az
azia.az

Azad olunan 14 kənd, xoş xəbəri gözlənilən digər elatlar

4-10-2020, 13:24

Azad olunan 14 kənd, xoş xəbəri gözlənilən digər elatlar
Azad olunan 14 kənd, xoş xəbəri gözlənilən digər elatlar
Qarabağda tarixi və qanuni ərazilərimizin düşmən işğalından azad edilməsi əməliyyatının 7 günü ərzində şanlı Azərbaycan ordusu 14 kəndimizi və bir strateji əhəmiyyətə malik zirvəni erməni sparatçılardan təmizləyib. Həmin kəndlər və zirvə aşağıdakılardır:

* Suqovuşan (Ağdərə rayonu)

* Qaraxanbəyli (Füzuli)

* Qərvənd (Füzuli)

* Horadiz kəndi (Füzuli)

* Böyük Mərcanlı (Cəbrayıl)

* Nüzgar (Cəbrayıl)

* Murovdağı zirvəsi

* Talış kəndi (Tərtər)

* Mehdili (Cəbrayıl)

* Çaxırlı (Cəbrayıl)

* Aşağı Maralyan (Cəbrayıl)

* Şəybən (Cəbrayıl)

* Quycaq (Cəbrayıl)

* Aşağı Əbdülrəhmanlı (Füzuli)

* Yuxarı Əbdülrəhmanlı (Füzuli)

Onu da qeyd edək ki, siyahıda adı çəkilən iki kəndin - Qaraxanbəyli və Yuxarı Əbdürrəhmanlı kəndlərinin yerləşmə relyefi elədir ki, bu kəndlər əsgərlərimizin əlinə keçəndən sonra işğal altında qalan digər kəndlər - Aşağı Seyidəhmədli, Qorqan, Yuxarı Seyidəhmədli və Merdinli kəndləri avtomatik olaraq mühasirəyə düşmüş olur. Düşmən artıq orada qala bilməz, ya əsir düşməlidir, ya da son nəfərinə qədər məhv olmalıdır.

111.JPG (26 KB)

Əslində beynəlxalq caucasus.liveuamap.com saytı həmin kəndlərin də işğaldan azad olduğunu sərgiləyir (yuxarıdakı şəkildə). Ancaq ən düzünü, dürüstünü Müdafiə Nazirliyi bilər. Yəqin yaxın müddətdə yeni müjdəli xəbərlər yayılar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi