azia.az
azia.az

Bu içki qaraciyərlə bağlı möcüzələr yaradır...

7-04-2022, 08:38


"Eat This, Not That" (ABŞ): Qəhvədən istifadə edəndə qara ciyərdə nə baş verir...

Qəhvə bir çox gözəl xüsusiyyətlərə malikdir, "Eat This, Not That" nəşri yazıb.
Bu içki qaraciyərlə bağlı möcüzələr yaradır...
Hamımız bilirik ki, bu içki enerji gətirir və ürəyi qorumağa kömək edir. Lakin yeni tədqiqatlar sübut edib ki, o, həm də qara ciyərə inanılmaz təsir göstərir.

Tədqiqatlar qəhvənin qara ciyəri qoruya bilməsini göstərir

Sizi qəhvənin üstünlüklərinə inandırmağa, yəqin ki, ehtiyac yoxdur. Özünün heyranedici dadından savayı, bu içki səhərlər sizi lazım olan enerji ilə yükləyir, günortalar yuxuluqdan qurtulmağa imkan verir, həmçinin ürək- damar xəstəlikləri və şəkərli diabetin inkişaf riskini azaldır. Lakin çoxları bilmir ki, bunlardan başqa, qəhvə həm də qara ciyəri qoruyur.

Tədqiqatlar sübut edib ki, qəhvə hepatoprotektor təsirinə malik ola bilər, bu, o deməkdir ki, müxtəlif zədələnmələrdən sonra qara ciyərin bərpasına kömək edə bilər. Burada bu işki tez- tez istifadə edildikdə hepatotoksik (qara ciyərə zərər vuran) xassələrə malik olan alkoqolun əksinə təsir edir.

Amma yadda saxlamaq lazımdır ki, tədqiqatlar əsas diqqəti qara qəhvənin istifadəsinin öyrənilməsinə yönəldib. Bu o demək deyil ki, siz şəkərdən və qaymaqdan imtina etməlisiniz, amma yadda saxlayın ki, onları qəhvənizə əlavə etməklə, sağlamlığınıza təsir edə bilərsiniz.

1. Qəhvə qara ciyəri fibrozdan qoruya bilər.

Qara ciyər fibrozu qara ciyər toxumasında çoxlu miqdarda çapıqların yaranması ilə müşahidə edilən ciddi problemdir. Zamanla fibroz qara ciyərə xeyli təsir edə bilər, lakin erkən mərhələlərdə onu müalicə və sağlam həyat tərzi ilə aradan qaldırmaq mümkündür.

"The Journal of Hepatology" jurnalında dərc edilən bir tədqiqatda müəyyən edilib ki, müntəzəm olaraq qəhvədən (eləcə də çaydan) istifadə edilməsi fibrozun inkişaf riskini azaldır. Bu xəstəliyin aşkar edilməsinin üsüllarından biri qara ciyərin sərtliyinin səviyyəsinin ölçülməsidir. Tədqiqat sübut edib ki, qəhvədən müntəzəm olaraq istifadə edilməsi bu səviyyəni aşağı salır.

2. Qəhvə qara ciyər fermentlərinin səviyyəsini nəzarətdə saxlamağa kömək edə bilər.

Qara ciyərdə orqanizmdə müxtəlif prosesləri, məsələn, toksinlərin çıxarılması, ödün sekresiyası, habelə infeksiyalara qarşı müqavimət qabiliyyətini sürətləndirən fermentlər var. Əgər bədəniniz daha çox ferment istehsal edirsə, onlar qan axınına daxil ola bilər, bu da qara ciyərin xəstəliyi və ya zədələnməsinin əlaməti olacaq.

Tədqiqat göstərib ki, qəhvədən istifadə ediməsi, xüsusilə alkoqoldan çox istifadə edən və qara ciyər xəstəliklərinin inkişaf riski qrupunda olan insanlarda fermentlərin toplanmasını azaltmaq qabiliyyətinə malikdir.

3. Qəhvə sirrozun inkişaf riskini azalda bilər.

Qara ciyər sirrozu fibrozun son və ağır mərhələsidir. Təəssüf ki, bir qayda olaraq, sirroz sağalmayan xəstəlikdir və sağlamlığa ciddi zərər vurur.

Lakin qəhvədən istifadə edilməsi qara ciyər sirrozunun inkişaf riskini azalda bilər. Daha dəqiq desək, tədqiqat sübut edib ki, qəhvə qara ciyərin alkoqol sirrozunun inkişaf riskini, habelə onunla bağlı ölüm hallarını azaldır.

4. Qəhvə qara ciyər xərçənginin inkişaf riskini azalda bilər.

Əgər siz bunları oxumağa macal tapdınızsa, qəhvədən istifadə edilməsi sizin qara ciyərinizlə bağlı möcüzələr yarada bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, qəhvə həmçinin qara ciyər xərçənginin inkişaf riskini azaltmaq qabiliyyətinə malikdir.

Digər tədiqatlar göstərib ki, bu içki nəinki qara ciyər xərşənginin inkişaf riskini azaldır, bütövlükdə, bəzi insanlarda qara ciyər xəstəliklərinin inkişafını ləngidə bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi