azia.az
azia.az

Abdin Fərzəliyev “İctimai Şura” mafiyasını niyə himayə edir? - ARAŞDIRMA

7-04-2022, 08:00

Abdin Fərzəliyev “İctimai Şura” mafiyasını niyə himayə edir? - ARAŞDIRMA
Abdin Fərzəliyev “İctimai Şura” mafiyasını niyə himayə edir? - ARAŞDIRMA
İctimai iştirakçılığın və ictimai nəzarətin inkişafı etdirilməsi dövlətimizin başçısının hər zaman diqqətində olub. Prezident İlham Əliyev ictimai nəzarətə xüsusi önəm verməklə yanaşı, bu sahəsinin inkişaf edərək davamlı və daha səmərəli forma almasını istəyir. Hazırda 20 mərkəzi icra hakimiyyəti yanında ictimai şuralar fəaliyyət göstərir.
“İctimai Şura”-nın qanuni fəaliyyəti xalqımız tərəfindən yüksək rəğbətlə qarşılanır. Amma hal-hazırda söz açaçağımız “İctimai Şura” Abşeron Rayonu İcra Hakimiyyətinə məxsusdur. Yarandığı gündən böyük qalmaqala səbəb olan bu şura da üzv seçilən şəxslərin məhz seçicilər tərəfindən seçilməsi də sual altındadır.

Belə ki, “İctimai Şura”-nın sədri vəzifəsini icra edən Elçin Quliyev adlı şəxs birmənalı olaraq rayonda özfəaliyyətlə məşğuldur. Elçin Quliyevin fəaliyyəti Abşeron rayonunda iki icra başçısının olduğu dövrə düşür.
Abdin Fərzəliyev “İctimai Şura” mafiyasını niyə himayə edir? - ARAŞDIRMA
İcra başçısına təriflər yağdıran, onların əliylə lüzumsuz “diplomlar” paylayan Elçin Quliyev kimdir?

Quliyev Elçin İbrahim oğlunun heç bir ali təhsili yoxdur. Diplomsuz bir şəxs bundan bir neçə il öncə hüquq şirkəti yaradaraq insanlara hüquqi yardım göstərmişdir. Br neçə il əvvəl Lider TV –də yayımlanan “Çıxış yolu” verlişinin efiri vasitəsilə Elçin Quliyev özünü hüquqşunas kimi təqdim edirdi. Xalqa barmaq sirkələyib, hədələyən Elçin adlı şəxsin qanunsuz fəaliyyəti haqqında kanal rəhbərliyi sonradan xəbər tutub. Məlum olmuşdur ki, bu şəxsin nəyin ki, hüquqi diplomu ümumiyyətlə heç diplomu yoxdur. Bundan sonra Lider TV-nin rəhbəri Ədalət Əliyev Elçin Quliyevə kanala gəlməyi və binaya daxil olmağı belə qadağa qoymuşdur .
Abdin Fərzəliyev “İctimai Şura” mafiyasını niyə himayə edir? - ARAŞDIRMA
Təxminin bir neçə il sonra Elçin Quliyev Abşeron Rayonunun İcra Hakimi İradə Gülməmmədovanın qardaşı Rövşən Quliyev ilə yaxın münasibət qurduqdan sonra Abşeron Rayonu İcra Hakimiyyətinin tərkibində yaradılmış “İctimai Şura”-ya müəmmalı şəkildə sədr təyin olunub. Ardınca bütün “çal-çağır” tədbirlərində yanında olan insanları heç bir seçki olmadan yanına, yəni “İctimai Şura”-ya üzv təyin elətdirib.
Elçin Quliyevin fəaliyyətində ən gülünc məqam isə onun diplom paylamasıdır. Axı sən hansı əsaslarla kimə? və nəyə? necə? hansı fəaliyyəinə görə diplom verirsən?!
İradə Gülməmmədovanın hakimiyyəti zamanı “İctimai Şura”-nın bərbad fəaliyyəti onun sonunu gətirən amillərdən biri oldu.

Diplomsuz, təhsilsiz, hətta ictimai fəaliyyəti yalnız yalan və lüzumsuz “çal-çağır”-dan ibarət olan “İctimai Şura” üzvlərinin yarıtmaz fəaliyyəti dəfələrlə mətbuatda tənqid atəşinə məruz qaldı. İradə Gülməmmədovanın əlində diplom, biabırçı şəkildə diplom paylamasını təşkil edən şəxslər sadəcə onu “məsxərə obyekti” vəziyyətinə saldılar.

Hal-hazırda yeni gələn başçı Abdin Fərzəliyev ilə bu proses yenədə davam etdirilir. Buradan belə bir sual yaranır. Abdin müəllim siz bu şəxsi heç araşdırmısınızmı? Yoxsa Elçin Quliyev qarşısında aciz qalmısız? Vaxı ilə müzakirələrə səbəb olmuş diplom oyununu sizində başınıza gətirdi. “İctimai Şura”-ya İcra Hakimiyyəti içərisində niyə otaq ayırmısız? Axı bu qurum İcra Hakimiyyəti tərəfindən maliyələnən qurum deyil və rəsmi iş yeri kimi nəzərdə tutulmur.
Abdin Fərzəliyev “İctimai Şura” mafiyasını niyə himayə edir? - ARAŞDIRMA
Etibarlı mənbələrin verdiyi məlumata görə Elçin adlı şəxs rayonda əməlli başlı at oynadır. İradə Gülməmmədovanın vaxtında məktəb direktorlarına töhmət verdirə bilir, vətəndaşlara isə təzyiqlər edirmiş.. Arabir adı rüşvətdə hallandığı üçün müvəqqəti olaraq İradə xanım ona ”itil!” əmri də verib. Lakin sonradan yenə müəmmalı şəkildə yenidən fəaliyyətə başlayıb.

Qeyd edək ki, “İctimai Şura”-üzvlərinin fəaliyyəti iki illikdir. Buradan belə çıxır ki, “İctimai Şura”- mafiyasının vaxtı çoxdan çatıb.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Nicat Ocaqlı
İstinad olunan mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi