azia.az
azia.az

Putin “İsgəndər”lərə görə Paşinyandan izahat istəyib, o da “məni çaşdırıblar” deyib...

1-03-2021, 18:06


Rusiya prezidenti Vladimir Putin ötən həftə Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı onun “İsgəndər” operativ-taktiki raket komplekslərinin Qarabağ müharibəsindəki uğursuz tətbiqi barədə izahat istəyib. Paşinyan isə bildirib ki, bu məsələ ilə bağlı onu çaşdırıblar.
Putin “İsgəndər”lərə görə Paşinyandan izahat istəyib, o da “məni çaşdırıblar” deyib...
Virtualaz.org xəbər verir ki, bunu Paşinyanın mətbuat katibi Mane Gevorkyan açıqlayıb. Bildirib ki, Paşinyanın “İsgəndər” raketlərinin yararsız olduğu, yaxud “10 faiz partladığı” haqda 1in.am saytına müsahibəsində dedikləri “onun yanlış məlumatlandırılmasından” irəli gəlib. Və bu məsələ Rusiya prezidenti Vladimir Putinlə baş tutmuş son telefon danışığında qaldırılıb.

“Bu günlərdə baş tutmuş telefon söhbəti zamanı digər məsələlərlə yanaşı baş nazirin Ermənistan tərəfdən “İsgəndər” raketlərinin tətbiqi barədə bəyanatı da müzakirə olunub. Ermənistan baş naziri faktları və məlumatları bir araya cəmləyərək belə nəticəyə gəlib ki, ona bu situasiya ilə bağlı düzgün məruzə etməyiblər”,-Gevorkyan deyib.



Ermənistan baş nazirinin “İsgəndər”lər haqda dediklərini geri götürməsinə Rusiyadan prezident Putinin mətbuat katibi Dmitri Peskov münasibət bildirib. O deyib ki, Kreml baş nazir Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətindən sonra “İsgəndər”lər haqda yanlış məlumatlandırıldığ qənaətinə gəlməsi barədə Yerevandan verilən bəyanata qane olur. “Çox mühümdür ki, bu məsələdə həqiqət bərpa olundu”,-Peskov deyib.

Xatırladaq ki, Paşinyanın həmin bəyanatı Rusiyada bərk qəzəb doğurub. Eləcə də Ermənistanın üzləşdiyi siyasi böhranı dərinləşdirib, Paşinyanı çıxılmaz duruma salıb. Ordu ona qarşı faktiki bunt qaldırıb və Baş qərargah baş nazirin istefasını tələb edir. Çünki Paşinyan onun “İsgəndər”lər haqda dediklərinə gülən Baş qərargah rəisinin müavini Tirqan Xaçatryanı vəzifəsindən uzaqlaşdırıb.

Rusiya Müdafiə Nazirliyi ötən həftə bəyan edib ki, “İsgəndər” raketləri Qarabağ müharibəsində tətbiq edilməyib və Paşinyanın dedikləri “təəcüb və anlaşılmazlıq” yaradır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi