Ağsu Rayon Mərkəzi Xəstəxanasının xəstəliyinə çarə edən tapılmır
Bir zamanlar Ağsu Rayon Mərkəzi Xəstəxanasına qonşu rayonlardan xəstələr gəlirdi. Həm regionda həm də respublikada tanınmış həkimlər məhz bu xəstəxanda çalışırdı.İndi isə durum çox acınacaqlıdır. Bir çox sahələrdə ya həkim yoxdur ya da olanlar çox zəif kadrlardır.
Hazırda xəstəxanada bir kardioloq,bir endikrinoloq, bir nevropotoloq, bir uroloq var. Həmin həkimlər eyni anda olmasalar həmin gün xəstəxanada xaos yaşanır. Göstərdikləri xidmət çox zəif olduğu halda qan analizi verilən zaman və digər müayinələrdə vətəndaşlardan pul tələb olunur açıq aşkar. İstər USM istərsə də bir çox digər sahələrdə vəziyyət çox bərbaddır. Bir neçə savadlı kadr qalıb. Səhiyyə nazirliyi həkim göndərişini həyata keçirə bilmir. Heç bir savadlı kadr gəlib rayonlarda işləmək istəmir. Bunun üçün ciddi layihələr düşünmək lazımdır. İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyində rəhbər dəyişikliyi baş verdi. Biz vətəndaşlar sevindik ki,hər şey qaydasına olacaq. Lakin ümidlərimiz boşa çıxdı...
Valid Musayev,
Ağsu rayon sakini