azia.az
azia.az

“İnsanları naümüd qoyurlar, şikayət etsək də xeyri yoxdur”- “Temu” və “Trendyol”-dan GİLEY VAR

3-01-2025, 21:13

“Temu”-dan sifarişlərlə bağlı dəfələrlə problem yaşamışam. Bir dəfə ödəniş etdim və arxayın oldum ki, sifarişim gələcək. 6 gün sonra sifarişi iptal etdilər. Düzdü, ödəniş kartıma qayıtdı, amma həmin məhsul mənə vacib lazım idi. İnsanları namümüd qoyurlar.



Bir də sifariş etdiyim məhsullar əksər hallarda olduğu kimi, şəkildə göstərdikləri kimi gəlmir. Bu günlərdə bir qazan dəsti almışdım, şəkildəki ilə göndərdikləri tamam başqa əşya idi. Bilmirəm özləri bilərəkdən belə edir yoxsa biz nəyisə düzgün etmirik? Bu tətbiqdən şikayət edən tək mən yox, bir çoxlarıdır. Burdan da belə nəticəyə gəlmək olar ki, səhv müştərilərdə yox, özlərindədir”


“İnsanları naümüd qoyurlar, şikayət etsək də xeyri yoxdur”- “Temu” və “Trendyol”-dan GİLEY VAR



Referans.az bildirir ki, bunu Medianews.az-a açıqlamasında şikayətçi Nərmin Abbasova deyib. O daha sonra əlavə edib:

“Məlumatı olmayan insanlar daha çox yanılır. Artıq mən məhsul sifariş edəndə seçicilik edirəm, real müştəri şəkillərinə, verilən ballara, yazılan rəylərə diqqət edib sonra alıram. Ətrafımdakı insanların da dəfələrlə yanıldıqlarının şahidi olmuşam. Bundan əlavə “Trendyol”dan da şikayətim var. Bu tətbiqdə geri qaytarma daha çox olub. Səbəb də göstərilməyib. Bir də görmüşəm ki, iadə olunub, ödəniş geri qaytarılıb. Mən də araşdırmamışam. Bir neçə dəfə bu hal baş verib. Dekorlarda və geyimdə olub. Mənə elə gəlir ki, stok bitir, saytı yeniləmirlər. Səbəbi bununla izah edirəm. Şikayətlər üçün heç yerə müraciət etməmişəm. Çünki etsəm belə xeyri olmur. Heç asistanta da yazmıram. Həvəsdən düşürəm deyə heç maraqlanmıram da. Mən onsuz da onlayn alış-verişi nəyisə tapmadıqda edirəm. Bakıda məhsul ola-ola, münasib olsun deyə sifariş etmirəm. O da gəlməyəndə çox məyus oluram, gedib alternativ məhsul alıram” deyə şikayətçi bildirib.



“İnsanları naümüd qoyurlar, şikayət etsək də xeyri yoxdur”- “Temu” və “Trendyol”-dan GİLEY VAR


Qeyd edək ki, “Temu” və “Trendyol”-dan son günlər əksər insanlar narazılıq edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi