azia.az
azia.az

İlham Əliyev Kəlbəcərdə hərbi hissədəki şəraitlə tanış oldu

17-08-2021, 15:52

İlham Əliyev Kəlbəcərdə hərbi hissədəki şəraitlə tanış oldu
Kəlbəcər rayonuna səfəri çərçivəsində Prezident, Ali Baş Komandan İlham Əliyev Kəlbəcər şəhərindəki N saylı hərbi hissəyə gəlib.

Azia.az xəbər verir ki, Quru qoşunları komandanı general-mayor Ənvər Əfəndiyev Ali Baş Komandan İlham Əliyevə raport verib.

- Cənab Ali Baş Komandan quru qoşunlarının əməliyyat şəraitində dəyişiklik olmayıb, hadisə baş verməyib.

Prezident, Ali Baş Komandan hərbi hissədə yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, burada hərbi qulluqçuların xidməti yüksək səviyyədə aparması üçün hər cür şərait yaradılıb. Bu da hərbi qulluqçularımıza Vətənin keşiyində hər zaman ayıq-sayıq durmağa, onu düşməndən layiqincə müdafiə etməyə imkan verir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi