azia.az
azia.az

Köhnə qaşıq oğrularının yeni cəhdləri - uğura kölgə salmaq!

28-02-2019, 01:07


Samir Feyruz
Köhnə qaşıq oğrularının yeni cəhdləri - uğura kölgə salmaq!

Yel dəyirmanları ilə döyüşənlərin gələcəyi olmur!

Yel dəyirmanları ilə döyüşən "Don Kixotlar”, rahibin bütün yaxşılıqlarına rəğmən gümüş qaşıq oğruları – "Jal Valjanlar” keçmişdə də olub, bu gün də var, sabah da olacaq: ancaq qəhrəman olmaq üçün populizm və yöndəmsiz iddialar bəs eləmir, qaş düzətlmək istəməsən də, gözü çıxara bilirsən – daha rəzil duruma düşürsən. Yel dəyirmanı ilə döyüşənlərdə də, qaşıq oğrularında da siyasi rəng var və bunu adi qarpız satan adam da dana bilməz. Əgər qarpız satanın özü də baş nazir ola bilirsə, deməli, bu dəfə qaşıqlar gümüş olmayıb, oğurluq da xalqdan olub.

Mətləbə keçək!

Cəbhəçilərin, müsavatçıların hakimiyyətdə olduğu illərdə mən orta məktəbdə oxuyurdum, hər şeyi xatırlamaq elə də çətin deyil. 1993-cü ilin mart ayının 30-da o vaxtkı daxili işlər naziri İsgəndər Həmidovun dövlət televiziyası AzTV-yə canlı efirdə hücum etməsindən, bundan bir neçə gün sonra isə onun Qaradağ rayonunda 7 qardaşdan 4-nün ayağına güllə sıxmasından, Əli Kərimlinin "Biz İsgəndəri dəyənək kimi istifadə edirik” bəyanatından, ölkə rəhbərliyinin səbatsızlığından doğan biabirçı uğursuzluqlardan, Milli Məclisdəki küçə savaşlarından və rayonlarımızın ard-arda işğalından sonra Azərbaycan siyasi tarixində çox şey dəyişdi: qaşıq oğrularına və "xalq üçün döyüşürəm” devizini alnına yapışdıran vətənbazlara inanmaq olmaz. Qəsb etdikləri hakimiyyəti də xalq əllərindən alıb özlərini də tarixin təmizlənməsi heç vaxt mümkün olmayan zibiliyyinə göndərdi: xalq öz sözünü dedi, Azərbaycan inkişaf yolunu seçdi və bu gün hər bir azərbaycanlının güclü dövləti var!

İnkişaf strategiyasının davamı və yaxud xalqın daha rahat yaşamını təmin edən addımlar

Prezident İlham Əliyev "Mən hər bir azərbaycanlının prezidenti olacam” ifadəsini işlətmişdi, indi hər bir kəs "İlham Əliyev mənim prezidentimdir” deyir. Azərbaycan təkcə regionda deyil, bütün dünyada özünə mühüm post, tribuna qazanmış güclü dövlətdir, ölkəmiz təkcə daxili islahatlarla, sosial layihələrlə, uğurlu vətəndaş-dövlət münasibətləri ilə nümunəyə çevrilməyib, həm də dünyada sülh və əmin-amanlığın qorunmasında, humanizm prinsiplərinin bərqərar olmasında mühüm mütəffiqdir. Dünya dövlətlərində baş alıb gedən sosial partlayışlar, siyasi təlatümlər, ümumi iqtisadi problemlər Azərbaycanda özünü göstərmədi. Çünki Azərbaycanda vətəndaş amili daim öndə olub.

Son günlərdə Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü işlər, imzaladığı fərman və sərəncamlar və bunların icrası ölkəmizdə uzun illərdir reallaşdırılan inkişaf konsepsiyasının davamı, tərkib hissəsidir.

Baxın, Prezident İlham Əliyev sosial müavinətləri kəskin artırdı: uşağın anadan olmasına görə sosial müavinətin məbləği 200 manata, sosial müavinətin məbləğinin I qrup əlilliyə görə 150 manata, II qrup əlilliyə görə 130 manata, III qrup əlilliyə görə isə 110 manata, yaşa görə sosial müavinətin məbləği 130 manata, dəfn üçün ödənilən sosial müavinətin məbləği 300 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinətin məbləği 150 manata, beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğin hər uşaq üçün 55 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) sosial müavinətin məbləği 100 manata, müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği I qrup əlilliyə görə 250 manata, II qrup əlilliyə görə 230 manata çatdırıldı. Həmçinin III qrup əlilliyə görə 210, əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əmək pensiyası almaq hüququ olan I qrup əlillərə (gözdən əlillər istisna olmaqla) şamil olundu və məbləğ 100, 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə” medalı, "Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 150, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına sosial müavinətin məbləğinin 100, 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə” medalı, "Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 150 manata çatdırıldı. Bundan başqa, sahibkarlığın inkişafı və yerli istehsalın artırılması istiqamətində mühüm addımlar atıldı.

Şəhid ailələri pullarını aldılar. Prezident şəhid ailələri ilə şəxsən görüşdü, onların xahiş və təkliflərini dinlədi. Dövlət başçısı bütün bunları Azərbaycan xalqının daha yaxşı yaşaması, dövlətimizin daha da güclənməsi üçün edir. O, prezident olduğu müddətdə vətəndaş amilini daim öndə tutaraq xalqımızın daha rahat və firəvan şəraitdə yaşaması üçün bu addımları həmişə atıb.

Prezident İlham Əliyev xalqa qulluqçu kimi xidmət etməyi də məmurların qarşısında əsas tələb kimi qoyub. Azərbaycan sosial dövlətdir, hər bir azərbaycanlı da bilir ki, yaşadığı problemlə bağlı şəxsən dövlət başçısına etdiyi müraciətlər cavabsız qalmır, dərhal həll edilir. Prezident İlham Əliyevin Sumqayıt şəhərinə, eləcə də digər bölgələrə səfəri sübut etdi ki, o, xalqla birbaşa özü təmasda olur, onların problemlərini dinləyir və insanlarla səmimi müzakirə aparır. Prezident İlham Əliyev üçün əsas meyar xalqdır, xalqa xidmətdir, onların təhlükəsizliyini, rahat yaşamını təmin etməkdir.

Bəs "milli” satqınlar, radikal müxalifətçilər bütün bu addımlara necə reaksiya verir?

Təsəvvür edin, Milli Şuranın 19 yanvar mitinqindən sonra Prezident İlham Əliyevin tapşırığı ilə ölkədə yaxşı nə baş veribsə, radikal müxalifətçilər və onların liderləri hamısını gətirib bağlayıblar mitinqə. Guya hakimiyyət 19 yanvar mitinqindən qorxdu və bundan sonra xalqın xeyirinə addımlar atdı. Bu bir dəstə başısovuqlar başa düşmək istəmirlər ki, 19 yanvar mitinqindən əvvəl də Azərbaycanda insanlar sosial müavinətlər alırdılar, əlillər, veteranlar dövlətin imtiyazlarından yararlanırdılar və buna qədər də hər bir azərbaycanlı İlham Əliyevi sevərək dəstəkləyirdi. Digər sahələrdə aparılan islahatlar bu istiqamətdə də özünü göstərməli idi. Bundan sonra da vətəndaş daha çox sosial müavinət, daha çox imtiyaz, daha çox imkan əldə edəcək. Dövlət başçısı daim bölgələrə səfər edərək vətəndaşlarla birbaşa təmasda olub, onlarla səmimi söhbət edib, problemlərinin yerindəcə həlli istiqamətində tapşırıqlar verib. İndi "nokaut” zərbəsi alaraq yerə uzanmısınızsa, heç olmasa, rahat can verin, yersiz "qəhrəmanlıq”larınızdan əl çəkin. Sosial şəbəkələrdə 19 yanvar mitinqini o qədər şişirtmisniz ki, adama hər şey qəribə gəlir: Çin göyə yeni kəşfiyyat raketi buraxıb, yəqin onu da siz etmisiniz, ABŞ Suriyaya yeni ordu soxur, yəqin bunu da Əli kərimli ilə Nurəddin Məmmədli edib, Mozambikdə maaşlar artıb, bunu da siz etmisiniz, Türkiyədə TBMM-yə yeni sədr seçilib, bunu da Cəmil Həsənli edib. Yaman yerdə ilişdik, indi bundan sonra da ölkəmizdə yaxşı nə baş versə, onu da 19 yanvar mitinqinin ayağına yazacaqlar. Bircə Şamaxı zəlzələsi, Yasamalda yanan bina qaldı, bəlkə onu da mitinqin ayağına yazasınız!? Yoxsa sərf eləmir? Yaxşı şeyləri bir təhər 19 yanvar mitinqinə calayırsınızsa, bəlkə bunları da edəsiniz!?

Prezident son müşavirədə anons verdi ki, yaxın vaxtlarda problemli kreditlərlə bağlı qərar verəcək. Təbii ki, hər kəs sevinclidir və dövlət başçısının bu qərarını alqışlayır. İndi aktyorluğa və "Don”a fikir verin: daim geriləyən, zamanın nəbznini tutmağı bacarmayan AXCP sədri Ə.Kərimli bundan dərhal sonra sosial şəbəkələrdə belə bir status yazdı: "2 mart mitinqinə gəlsəniz, problemli kreditləriniz də həll olunacaq...”. Bu boyda riyakarlıq, qabaqdangəlmişlik kimə lazımdır!? Yaxşı olmazdımı ki, gedib Müsavat başqanı, Razı Nurullayev və digər partiya sədrləri ilə rəqabət aparasan!? Axı sən çoxdan uduzmusan və belə yanaşmalar da səni gülüş hədəfinə çevirir. İndi problemli kreditlərlə bağlı qərar qəbul olunan kimi Ə.Kərimli çıxıb deyəcək ki, bəs hakimiyyət 2 mart mitinqindən qorxub belə bir qərar qəbul elədi. Ölkədə həllini tapmayan problem qalmayıb, hansı sahədə islahatlar aparılırsa, bunu da "vəsiqə”nizə, mühacir mitinqlərinizin ayağına yazmağa adətkar olmusunuz. 2016-cı ilin uğurlu aprel döyüşləri ərəfəsində səsiniz çıxmadı, evinizdə bir küncə sıxılıb qaldınız, elə ki, ermənilər darmadağın edildi və mühüm postları ələ keçirdik, dərhal sosial şəbəkələrdə bəyanat verdiniz ki, guya hərbçiləri döyüşə ruhlandıran sizin çağırışlarınız olub.

Qısası, daha deyəcəyiniz bir şey qalmayıb, aşığın sözü qurtaranda "dalay-dalay” edər kimi siz də zuy tutmusuz. İndi bircə əlac qalıb: hakimiyyətin uğurlu addımlarını öz ayağınıza yazmaq, bu da alınmayanda ləkələmək! Sabah Qarabağ alınsa, onda da deyərsiniz ki, ermənilər 19 yanvar mitiqndən qorxub geri qaytardılar.

P.S. Sosial şəbəkələrdə gördüm ki, İsgəndər Həmidov "Qarabağ komitəsi” deyilən bir qurumcuqda çıxışında televiziyalardan danışaraq tənqid edirdi. Allah səni güldürsün, deyəsən AzTV-nin canlı efirinə hücum etdiyini unutmusan...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi