azia.az
azia.az

"Azərişıq"da nələr baş verir? - QALMAQAL

2-05-2017, 11:44

"Azərişıq"da nələr baş verir? - QALMAQAL

“Azərişıq” ASC-nin Enerji Satış Departamentinin direktoru Qara Nəbiyev işdən qovulmasının yeni detalları üzə çıxıb

Redaksiyaya verilən özəl məlumata görə, ASC sədri Baba Rzayevlə departament direktoru növbəti dəfə dava etdikdən sonra Q.Nəbiyev iş yerini tərk edib.

Bildirilir ki, B.Rzayevin onu işdən azad etməsinin gözlər-gözləməz avtomobilinə oturub və sürücüsünə əmr edib ki, birbaşa pansionata sürsün.

Gərgin və əsəbi olan Q.Nəbiyevin istirahət etdiyi xəbər verilir. Onların arasında mübahisə isə tez-tez olurmuş.

ASC sədrinin sərt xasiyyəti və iclaslarda işçilərlə, şöbə rəisləri ilə kobud danışması artıq adi hala çevrilib. Amma təkcə Q.Nəbiyev heç vaxt onun ağır sözlərini həzm etməyib və cavab verirmiş.

Ona görə də tərəflər arasında keçmişə söykənən bir münaqişə tarixi var. Sonuncu dəfə belə mübahisədə isə B.Rzayev Q.Nəbiyevi maxinasiyada ittiham edib. Departament rəisi isə ittihamlarla razılaşmayıb və mübahisə böyüyüb.

Q.Nəbiyevin səlahiyyətlərini müavini icra edir. Onun yerinə isə ASC sədrinin müavini Ramil Yusifov təyin olunub.

Lakin işin pərdəarxası detalları ondan ibarətdir ki, Q.Nəbiyevin işdən çıxarılması rəsmiləşməyib. Bu haqda açıqlama da yoxdur. İddialara görə, səbəb onunla bağlı yekun qərar verilməməsidir.

Deyilənə görə, sabiq departament rəisi əslən Qəbələ rayonundandır və onu himayə edən yüksək çinli, general rütbəli məmurdur.

Onun diktəsi ilə hərəkət edən Q.Nəbiyev yalnız general “hə” deyəndə AC-ni tərk edə bilər. İndiki mərhələdə baş verənləri B.Rzayevlə Q.Nəbiyevin küsməsi kimi də qiymətləndirmək olar.

Qəbələnin Kötüklü kənd sakinləri ermənilər tərəfə keçməyə çalışmışdılar.

Qeyd edilib ki, 25 nəfər Qəbələ sakini əllərində ağ bayraqla işğal altındakı Ağdam rayonuna keçərkən polis onları mühasirəyə alıb.

Məlumata görə, həmin 25 nəfər Nəbiyevlər ailəsinin Qəbələdə onlara qarşı etdiyi haqsızlıqlardan irəli gələrək, bu addımı atdıqlarını qeyd ediblər.

“Azərişıq”ın Bakı üzrə nümayəndəsi Qara Nəbiyev, vergilər nazirinin müşaviri Müsavər Nəbiyev, Kötüklü kəndinin icra nümayəndəsi İkram Nəbiyev Qəbələ rayonunu ələ alıblar.

“Onlar bizi yaşamağa qoymurlar. Kiminsə evinə, maşınına narkotik atıb tutdururlar. Bundan bezib Ermənistan tərəfə keçmək istədik. Özümüzü erməni gülləsinin qarşısına verib canımızı Nəbiyevlərin zülmündən xilas etmək istəyirdik”.

Onu da deyək ki, Q.Nəbiyevin “Azərişıq”dakı maxinasiyalarda əlinin olduğu haqda iddialar var. B.Rzayev onun fəaliyyətindən və çıxışlarından çox narazı idi.
Böyük biznes sahibi olan sabiq direktorun restoranları, villaları var. Bütün tərəflərin mövqeyini dinləməyə hazırıq. \\regionxeberleri.com\\


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi