azia.az
azia.az

"Bəlkə açasan gözünü"-Arif Musa

15-02-2021, 17:55

"Bəlkə açasan gözünü"-Arif Musa

Məlumat üçün bildirək ki, "Söz qəzeti"nin baş redaktoru olan Arif Musa eyni zamanda şair-publisist xalqımızın, xüsusilə şeirsevərlərin yaxşı tanıdığı, Sözü layiq olduğu ucalıqda saxlamağı bacaran şairlərdən biri, bəlkə də birincisidir.

Azia.Az sizlərə şarin "Bəlkə açasan gözünü" adlı yeni yazılmış şerini təqdim edir:

Bəlkə açasan gözünü

Qulağıyla sevən gözəl,
Bəlkə açasan gözünü.
Deyilənlər doğru çıxmaz,
Qınayarsan öz-özünü.
Bəlkə açasan gözünü.

Peşman olmaq fayda vermir,
Harayına hay da vermir.
Bu sevgidən pay da vermir,
Çalış itirmə izini,
Bəlkə açasan gözünü.

Aldatmasın pullar səni,
Hər açılan qollar səni.
Çaşdırmasın yollar səni,
Doğru yola tut üzünü,
Bəlkə açasan gözünü.

Həyat sənin, yol sənindir,
Ürəyini dinlə, gəzəl.
Bu xoşbəxtlik geci, tezi,
Olacaqdır sənlə, gözəl.
Bilmək üçün sən düzünü,
Bəlkə açasan gözünü.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi