azia.az
azia.az

"Tarixçi psixoloq deyildir. Lakin sənətkar psixoloq olmalıdır."-Sona Abbasəliqızı

30-06-2020, 13:47

TARİXİN SÖZ AYNASI
AZİA.AZ XƏBƏR VERİR Kİ,Azərbaycanda roman janrı böyük bir inkişaf yolu keçmiş, müxtəlif dövrlərdə, ictimai-siyasi və sosial-tarixi şəraitlərdə fərqli formalarda təzahür etmişdir. Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi, Ə.Cəfərzadə, F.Kərimzadə ilə başlanan tarixi roman ənənəsini Y.Oğuz, Əlisa Nicat bu gün də uğurla davam etdirir. Tarixi roman janrı öz inkişafından qalmamış, yazıçılarımız mövcud varisliyə sədaqət göstərərək yeni əsərlər yazırlar. Onlardan biri də hekayə, povest və şeirlə ədəbiyyata gələn və tez bir zamanda yaradıcılığı ilə şöhrət tapan Sona İsmayılovadır. Nəsrindən görünür ki, onun çox zəngin elmi-tarixi düşüncəsi, tarixə dərindən bələdliyi, faktlarla işləmək mədəniyyəti, eyni zamanda, güclü bədii təfəkkürü və təxəyyülü vardır. Qələmə aldığı “Sözün xaqanı” tarixi-bədii roman klassik şairimiz, ziddiyyətli tale yaşamış Əfzələddin Xaqaniyə həsr olunmuşdur. Müəllif romanı qələmə alarkən, ilk növbədə, özünü həmin tarixə aid etmiş, məhz o tarixdə yaşamış, dövrün hadisələrini, adət-ənənələrini, faktlarını öyrənmiş, qələmə aldıqlarını təhtəl psixologiyası və yazıçı təxəyyülündə saf-çürük etmişdir. Elə buna görədir ki, əsər çox uğurlu alınmışdır. Yazıçı üçün tarixi roman qələmə almaq çox məsuliyyətli bir işdir, belə ki, Sona xanımın müraciət etdiyi dövr, söz açdığı tarixi şəxsiyyət haqqında geniş mütaliəsi sayəsində yüksək səviyyədə bilgisi vardır. Elə ona görədir ki, romanda Azərbaycan tarixinin qaranlıq səhifələrini və Xaqani dühasını reallıqlar,bədii təxəyyülü ilə canlandıra bilib.
Zamanında V.Q.Belinski yazırdı: "Tarixi romana uydurma, hər şeydən əvvəl, şəxsi həyatı, ayrı-ayrı insanların taleyini təsvir etmək yolu ilə daxil olur və tarixlə bağlı hadisələr tək-tək adamların taleyi ilə qaynayıb-qarışır". Müəllif bu əsəri ilə qarşısına milli kimliyimizi sevdirmək, təbliğ etmək və həmçinin tariximizin görkəmli nümayəndələrini olduğu kimi ictimaiyyətə çatdırmaq məqsədi qoyub.
Fərqi yoxdur, istər tarixi reallıqlar, istərsə də yazıçı təxəyyülündən doğan hadisələr, olaylar, obrazlar.., bütün bunlarla təsvir olunan tarixi dövrün obrazını yarada bilib. Romanı oxuduqca bir daha aydın olur ki, tariximizi tarixçilərdən daha çox yazıçılarımızdan öyrənməliyik.
Sona xanımın tarixi janra müraciət etməsinin səbəbi millətin tarixini xalqına çatdırmaq istəyidir, çünki tarix kitabları nə qədər sxolastik, quru faktlara əsaslansa da, bu faktları canlandıran tarixi-bədii əsərlər həm yaddaşlarda qalır, həm də maarifləndirici rol oynayır. Bu əsərlər elə tarix kimi də qəbul olunur. O, tək-tək təsadüf edilən detalları dövrün tələblərinə uyğunlaşdırır, ayrı-ayrı epizodlarla kifayətlənmir, özünün çoxsaylı təfərrüatları ilə bütövlük aktoru yaradır, sanki bütün bu epizodlar və bəlli təfsilatlar onun üçün xüsusi əhəmiyyət kəsb edir; yeniliyə can ataraq, yeni ifadə formaları və təfəkkür tərzi nümayiş etdi. A.N.Pautnik tarixi romanlar haqda yazırdı: "Tarixi roman keçmişi tarixi ardıcıllıqla təsvir etməkdir. Janrın tələbi tarixi sənədlərə əsaslanmaq, olmuş tarixi hadisələri və şəxsləri müasir tələblər baxımından əks etdirməkdir". Tarixi roman əsərlərinin yaranmasında yazıçı təxəyyülünün rolu böyükdür. Xüsusilə qeyd etmək istəyirəm ki, Xaqani haqqında bilmədiklərimizi, Sona xanım romanda tutarlı faktlarla izah edə bilmiş və belə nəticəyə gəlmişdir ki, tariximiz bitməyib davam edir. Dövrün koloritini canlandırsa da, keçmişə öz təxəyyülü ilə yanaşan yazıçı olmuş faktlara sərbəst yanaşmır, hadisələri dəyişmir. Müəllif romanda xronoloji ardıcıllığı gözləyir.
Romanın kompozisiyasının ölçü vahidi insan bioqrafiyasıdır; təsadüfi deyildir ki, Xaqaninin gənclik yaşlarından ta ölümünə qədər insan şair ömrünü tam əhatə edə bilmiş, hətta müəyyən məqamlarda saray münaqişələrinin daxilinə irməyi bacaran bir üslub sərgiləmişdir. Xaqanini çox ciddi planda təsvir etsə də, məzmununu tarixi hadisə və şəxsiyyətdən götürsə də, real və ya macəralarla əhatə edilmiş, bir roman qələmə almış, əsərdə yığcam və sərrast ifadələri ilə zəngin dil koloriti yaratmışdır. Sona xanımın bəlkə də qazandığı ən böyük uğurlardan biri də məhz tarixi roman janrında qələmini sınamasıdır. Bu bədii yaradıcılıq yolu narrativ üslub təkcə tarixi yox, fəlsəfəni, coğrafiyanı da bilməyi tələb edir. O, romanında dünya modellərinə həm forma və məzmun, diskurs və semantika parametrlərinə, sərbəstliyinə görə bədii təfəkkürə, estetik idrak qanunlarına, polifonik səciyyəyə sadiq qalır.
Görkəmli yazıçı, tənqidçi-ədəbiyyatşünas M.Hüseynin tarixi roman janrı haqqında yazdığı önəmli fikirləri Sona xanımın yaradıcılığı ilə də səsləşir: "Tarixçi dövrün ümumi ictimai münasibətlərini əks etdirirsə, yazıçı ən çox dövrün psixologiyasını təşrih edir. Tarixçi psixoloq deyildir. Lakin sənətkar psixoloq olmalıdır. Bunsuz tarix elmi yaransa da, tarixi-bədii əsər yarana bilməz.”
Bir qədər də sadə desək, tarixçi "nələr olmuşdur?" sualına cavab verirsə, sənətkar "nələr ola bilərdi və necə ola bilərdi?" sualları-na da cavab verir. Yazıçının vəzifəsi heç də tarixi şəxsiyyətlərin fəaliyyətini başdan-başa izləyib bədii tərcümeyi-hal yaratmaqdan ibarət deyildir". Bu məlum həqiqəti dərk edən Sona İsmayılova tarixi romanında təsvir etdiyi qəhrəmanlarını həm tarixi şəxsiyyət, həm də insan kimi dolğun təsvir edir, əsas məqsədə çata bilir: tarixi həqiqətlərə sədaqət, lakin eyni zamanda, bu həqiqətləri bədii təxəyyül süzgəcindən keçirmək, daha çox tarixlə müasirlik arasında körpü yaratmaq, keçmişlə bugünü bir-birindən ayırmamaq. “Sözün xaqanı” tarixi romanını bədii-tarixi səciyyəsi, dil zənginliyi və səmimi təhkiyəsi ilə Sona İsmayılovanın yaradıcılıq uğuru kimi dəyərlən- dirmək olar. Yaş məhdudiyyəti nəzərə alınmayaraq, roman geniş oxucu kütləsi üçün nəzərdə tutulub. İnanırıq ki, bu əsər Azər-baycan polifonik romanları sırasında örnək olacaq, öz dəyər və əhəmiyyətini uzun müddət saxlayacaq, hətta gündən-günə artıracaq. Nadir Məmmədli Filologiya elmləri doktoru, professor… “Zəmanə dərzisi hər kəsə ölüm köynəyindən don geydirir. İstər şah olsun, istərsə loğman”.
AZİA.Az xəbər verir ki, Sona Abbasəliqızının oxucularına təqdim etdiyi “Sözün xaqanı” romanı klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir, həmçinin qədim dövr ədəbiyyatının yaradıcılarından biri olan dahi Xaqani Şirvaninin keşməkeşli ömür yoluna həsr olunub. Əsərdə təkcə Əfzələddin Xaqani deyil, onun yaşadığı dövrün ictimai hadisələrindən, Şamaxı, Təbriz və başqa şəhərlərdə baş verən hadisələrdən, o cümlədən baş qəhrəmanın müasirlərindən bəhs olunur.
EPİLOQ
Bu da Təbriz şəhəri... Orta əsrlərdə dəfələrlə Azərbaycanın paytaxtı olan bu şəhərdə qədimdən üzü bəri tanınmış klassik şairlərin məskəni olub. Təbriz Atabəylər dövlətinin paytaxtı olandan sonra Əfzələddin Xaqani kimi bura ətraf diyarlardan çox şairlər pənah gətirmişdi; kimisi Gəncədən, kimisi Şirvandan, kimisi Şirazdan, kimisi Naxçıvandan... Təbrizə “vətən” deyə sığınanlar burda sakit, firavan həyat arzulayır, müharibələr, savaş meydanlarından uzaq, azad yaşamaq istəyirdilər... Elxanilər, Ağqoyunlular, Səfəvilər dövründə də bu şəhərə neçə-neçə tanınmış şair və ziyalılar, aşıqlar, rəssamlar, memarlar pənah gətirirdilər. Zaman-zaman şəhərdə məskən salan, onun qədim məhəllələrində yaşayan ədiblərin, sənət adamlarının çoxu öz vəsiyyətlərinə görə burada Şairlər məqbərəsi adi ilə məşhurlaşan qəbiristanlıqda dəfn olunublar. Səkkizinci əsrdən təzkirələrdə, cünglərdə və tarixi kitablarda adıçəkilən bu məzarlıqda Əsədi Tusi, Qətran Təbrizi, Mucirəddin Beyləqani, Zahi-rəddin Fərabi, Şahpur Nişaburi, Şəmsəddin Səccasi, Zül-füqar Şirvani, Hümmam Təbrizi, Məğribi Təbrizi, Mani Şi-razi, Lisani Şirazi, Şakibi Şirazi və başqa dahi şair və yazıçılar uyuyur...
Mirzə İsa Fərahani (Qacarlar dövründə ya-şamış ziyalı), Siqqətül İslam, Baba Həsən, Baba Məzid, PirSon söz(Türk profesdoru yazıb)Edebiyat dünyasının en başat öğelerinden olan yazın evreni ve özgürlük olgusu iç-içe geçmiş en işlevsel ve yankı uyandıran konular arasında gelmektedir.
Yazarın düşleminde onun kurgu dünyasına en hassas sinir uçlarına dokunan düşüncelerin iz düşümlerine özgürlük odaklı izleklerde rastlanmaktadır. Şairlerin ve yazın dünyasına gönül açmış uğraşı verenlerin en sevimli ve
üretim alanlı konuları arasında yaşamın özgürce soluklanması, insan ve edebiyat açısından doyum oluşturan ortamlar olarak da bilinmektedir. Dönemsel algıların, yazın dünyasına estetize olmuş üst gerçekten ve perdeden akseden düşlemlerin okurun imge
dünyasında en depreşili düşünce ve alımlama alanları oluşturduğu bir gerçektir. Bu bağlamda en ender yazılar,sosyal ve kültürel çizgide tarihsel gerçeklerle yer tutmuş özgürlük kavramı her dönem ve her okurun düşünce dünyasında derin izler ve düşünce üretileri bırakmıştır. Nesilden nesile uzanan bu ritmik fikir evreninin en uyarıcı verilerine edebiyatın özgürlük odaklı kurgu dünyasında rastlanmaktadır.
Azerbaycan’ın klasik dönemlerinin en hassas konularından olan ve sözün gücüne işaret eden; söz ve iktidar motifinin en ayrıntılı biçimde ele alındığı elinizdeki bu "Sözün xaqani"isimli eser, bir anlamda edebiyatın söz ile olan yakınlığının esrarengiz gücüne işaret ederken, diğer andan da dönemsel bilgilerin çağ insanı açısından yeniden değerlendirilip, güncel yaşamın kodlarına en verimli biçimde aktarılmasına büyük zemin oluşturmaktadır. Yazarın edebiyat dünyasına kazandırdığı bu eseri ile dışa açılma fırsatını da yakalaması beklentiler arasındadır. Dünya edebiyatının önde gelen üretileri arasında yer alması olası olan bu eser, yazar Sona ismayılovanın Türk Dünyasının ve düş dünyasının da yansımalarına öncülük ettiği görülmektedir. Söz ustalığının kadim üstatlarından olan eski dönem yazar ve şairlerinin bu sayede yeniden soluk kazanarak edebiyat dünyasına kazandırılması da dönemsel düşüncenin sürekliliği adına daha etkili bir yaratıdır.
Professor. Dr. Melik Bülbül Ağri İbrahim Çeçen Üniversitesi Eğitim fakültəsi dekani və Atatürk Üniversitesi Kazim Karabekir Eğitim fakültəsi yabanci dillər Eğitimi bölüm başkanı alman dili eğitimi ABD başkani Erzurum.

AYBƏNİZ ABDULOVA.

"Tarixçi psixoloq deyildir. Lakin sənətkar psixoloq olmalıdır."-Sona Abbasəliqızı

"Tarixçi psixoloq deyildir. Lakin sənətkar psixoloq olmalıdır."-Sona Abbasəliqızı

"Tarixçi psixoloq deyildir. Lakin sənətkar psixoloq olmalıdır."-Sona Abbasəliqızı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi