azia.az
azia.az

Ronaldosuz "Real" qol sevinci yaşamadı

27-04-2016, 10:54

Ronaldosuz "Real" qol sevinci yaşamadı Futbol üzrə Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib. “Mançester Siti” doğma azarkeşlər önündə Madrid “Real”ını qəbul edib.
Səfər oyununda Kriştiano Ronaldosuz oynamalı olan "Real" qol vura bilməyib. Madridlilərin super ulduzu zədə səbəbindən meydana çıxmayıb. Türkiyəli Cüneyt Çakırın idarə etdiyi qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb. Mərhələnin digər oyunu bu gün "Atletiko" (İspaniya) və "Bavariya (Almaniya) arasında keçiriləcək.
"Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) 0:0
Mançester Siti: Co Hart, Bakari Saqna, Vinsent Kompani, Qael Klişi, Nikolas Otamendi, Fernando, Xesus Navas (Raheem Sterlinq, 77), Kevin de Bruyne, David Silva (Keleşi İheanaço, 40), Fernandinyo, Serxio Aquero.
Ehtiyat oyunçular: Villi Kaballero, Pablo Zabaleta, Aleksandar Kolarov, Eliaquim Manqala, Fabian Delp.
Baş məşqçi: Manuel Pellegrini.
Real: Keylor Navas, Pepe, Serxio Ramos, Marselo, Daniel Karvajal, Toni Kroos (İsko, 90), Qaret Beyl, Karlos Kasemiro, Lukas Vazkuez, Luka Modriç, Kərim Benzema (Jese Rodriges, 46).
Ehtiyat oyunçular: Kiko Kasilla, Rafael Varane, Danilo, Ceyms Rodriges, Mateo Kovaciç.
Baş məşqçi: Zinəddin Zidan.
Sarı vərəqələr: David Silva, 40 - Pepe, 24. Daniel Karvajal, 90+2.
Hakimlər: Cüneyt Çakır, Cem Satman, Tarık Onqun, Sərkan Ok (Türkiyə).
Əlavə hakim köməkçiləri: Hüseyin Göçek, Barış Şimşək (Türkiyə).
Mançester. Şəhər stadionu.
Bu gün keçiriləcək oyun :
22:45. "Atletiko" (Madrid, İspaniya) - "Bavariya" (Almaniya)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi