azia.az
azia.az

Rəqqasə ondan yardım istəyənləri təhqir etdi: “Canınız çıxsın, dədənizə borcum var?”- VİDEO

25-04-2020, 14:30

“Bir dəqiqə olsun ara vermədən yazırlar ki, mənə kömək edin. Niyə sizə yardım etməliyəm ki? Evinizdəki kişilər zamanında gedib işləyib, gətirərdilər də… Oramı-buramı açacağam, onu-bunu yedizdirəcəyəm… Hələ utanmaz-utanmaz burada ağızlarına gələni yazırlar. Xeyir ola, mənim sizə borcum var? Canınız çıxsın, oturduğunuz isti yerdən durub, əziyyət çəkib işləyərdiniz. Mənim kimi qışda, soyuq havada gedib restoranlarda rəqs edərdiniz…”
Rəqqasə ondan yardım istəyənləri təhqir etdi: “Canınız çıxsın, dədənizə borcum var?”- VİDEO
Azia.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri “Rusalka” (Su pərisi) ləqəbi ilə şou-biznesdə məşhurlaşan oriental rəqslərin mahir ifaçısı Aygün sosial media hesabında yazıb.
Rəqqasə ondan davamlı şəkildə kömək istəyən şəxsləri sərt şəkildə tənqid edərək, qalmaqallı videomüraciət edib:

“Namusunuzu, qeyrətinizi qoruyub saxlayırsınız, bizim adımıza isə ləkə yaxırsınız. Hələ arsız-arsız məndən yardım istəyirsiniz. Yazıb məndən kömək istəməyin. Heç kimə borcum yoxdur. Sizə üz verdikcə, astar istəyirsiniz. Bir dəfə kömək edirsən, sonra yazılar ki, yenə də yardım et. Sizin dədənizə borcum var?

Niyə övladımın boğazından kəsib sizə kömək etməliyəm? O qədər imkanlı müğənnilər var, onlar sizə yardım etsin. Müğənnilər 5 000 manata toya gedir, mən isə cəmi 300 manata. Sizin əlinizdən bezmişəm. Özünüzü dilənçi kimi aparırsınız. Sosial şəbəkədə yazıb dayanmadan kömək istəyirsiniz. Dilənçiliyin yeni növünü tapmısınız. Utanın, ar olsun sizə! Kasıb günləri mən də yaşamışam. Amma sizin kimi dilənçiliklə məşğul olmamışam. Gedin vəzifədə oturanlardan pul istəyin”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi