azia.az
azia.az

Müəllimlik şərəfli peşədir

14-05-2019, 15:18

Müəllimlik şərəfli peşədir
Əsədova Rəhilə Məhəmmədəli qızı
Bakı şəhəri 153 nömrəli tam orta məktəbin təsviri incəsənət və rəsmxət müəllimi, “Peşəkar müəllim” medalı mükafatçısı,
“İlin müəllimi” diplomu, “Zirvə” media mükafatı laureatı

Müəllim peşəsi ən şərəfli və ən çətin peşədir. Bu peşəni seçərkən onun ağırlığını, məsuliyyətini və peşə xüsusiyyətlərinin çətinliyini nəzərə almaq lazımdır. Pedaqoji sahədə çalışan hər bir müəllim xüsusi peşə qabiliyyətlərinə malik olmalıdır ki, bunların da sırasında didaktik qabiliyyət, ünsiyyət, təşkilatçılıq, yaradıcılıq və emosianal qabiliyyətlər mühüm yer tutur.Müəllim ilk öncə akademik savada malik olmalıdır. Hərtərəfli və geniş biliyi, dövrünün nailiyyətləri barədə informasiyası, təlimə tətbiq olunan texnikalarla işləmək qabiliyyətləri, kompüter biılikləri və bu bilikləri öyrətmək ustalığı olmalıdır.Onun şəxsi həyatı, insanlarla rəftarı və ünsiyyəti şagirdləri üçün nümunə olmalıdır. Öz həmkarları və şagirdlərinin valideynləri ilə düzgün və hörmətli münasibətləri olmalıdır. Təlim prosesi zamanı yaradıcı olmalı, qarşıya çıxacaq çətinlikləri öncədən görməli və təlim fəaliyyətnin istiqamətləndirməyi bacarmalıdır.Səbirli olmalı, hislərini cilovlamağı bacarmalı, ciddilik ilə mərhəməti, mülayimliyi düzgün şəkildə uzlaşdırmalıdır. Bütün bu xüsusiyyətlərə sahib olmaq üçün müəllim daim öz üzərində çalışmalı, özünümarifləndirmə ilə məşğul olmalıdır.Müəllimlik şərəfli peşədir
Bəli, müəllimlik şərəfli işdir. Çünki, müəllim vətən üçün övlad, cəmiyyət üçün şəxsiyyət yetişdirir. Müəllimlər dövlətin ən qiymətli kapitalı olan insan resusrsu ilə işləyirlər. Bu işin çətinliyi də məhz bundadır. Çünki, insan emosional, dinamik, dəyişkən varlıqdır. Onlarla işləyərkən yalnız hazırlanmış təlimatlara uyğun şəkildə davranmaq kifayət etmir. Müəllim öz işimizdə yaradıcı olmalıdır ki, istənilən bir çətin situasiya yarandığı halda çıxış yolu tapıb, istər təlim prosesini, istərsə də tərbiyə prosesini düzgün məcraya yönəldə bilsin.
Müəllim fəaliyyətinin məqsədi və nəticəsi öyrətməkdir. Bunun üçün ilk növbədə nəyi , nə zaman və necə öyrətməyi bilmək lazımdır. Dərsin məqsədini düzgün müəyyən edərək real nəticə ilə ona çatmağı hədəfləmək lazımdır. Hər bir mövzu özlüyündə gözəl və maraqlıdır. Şagirdləri təlim prosesinə cəlb etmək üçün mövzunun vacibliyini, əhəmiyyətini və həyatla əlaqəsini onların nəzərinə çatdırmaq lazımdır. Həyata keçirəcəyimiz təlim prosesində iş formasını və iş üsullarını tədris edəcəyimiz mövzuya uyğun seçmək lazımdır. Dərsin planlaşdırılması aparılarkən müəllim bütün yaradıcı və pedaqoji qabiliyyətlərini işə salmalıdır. Məqsəd , iş forması, iş üsulları, resurslar seçildikdən sonra inteqrasiya imkanları müəyyən edilməlidir. İnteqrasiyanın fənlərarası omağı zərurət deyil. Fənndaxili-bir standartdan digərinə, bir mövzudan başqa bir mövzuya da ustalıqla inteqrasiya etmək olar.Daha sonra seçdiyimiz təlim forması və üsullarına uyğun iş vərəqləri hazırlanmalıdır. İş vərəqlərində tapşırıq qısa və aydın şəkildə öz əksini tapmalıdır. Mənbə və tapşırıq üçün ayrılmış vaxt qeyd olunmalıdır. İş vərəqləri cəbedici və stimullaşdırıcı olmalıdır. Tərtib edilmiş suallar və ya tapşırıqlar tədqiqat sualını açmağa xidmət göstərməlidir. Müəllim qabaqcadan dərsin bütün mərhələlərini planlaşdırmalı, vaxt bölgüsü aparmalı, fasilitasiya üçün suallar müəyyənləşdirməli, qiymətləndirmənin üsul və vasitələrini seçməlidir.

Qısa arayış

Əsədova Rəhilə Məhəmmədəli qızı 1 iyul 1955-ci ildə Cəbrayıl rayonu Soltanlı kəndində anadan olub. 1962-ci ildə həmin kənddə olan tam orta məktəbin birinci sinfinə gedib. 1972-ci ildə tam orta məktəbi bitirib. 1973-cü ildə V.İ.Lenin adına APİ-nin ÜTF və əmək fakültəsinə daxil olmuş, 1978-ci ildə ali məktəbi bitirib.
1979-cu ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində yerləşən 36 nömrəli Dəmiryol tam orta məktəbində işə qəbul olmuşdur. Həmin məktəbdə fizika, elektrotexnika, rəsmxətt və texniki əmək fənnlərini tədris etmişdir.
1993-cü il oktyabr ayının 30-da erməni təcavüzkarlarının hücumu nəticəsində Zəngilan işğal olundu və məcburi köçkün oldular. Həmin ildən Bakı şəhərində məskunlaşdılar. 1994-cü ildən Yasamal rayonu M.İbrahimov adına 153 saylı tam orta məktəbin direktoru H.Zəkizadə onu işə qəbul etdi. Həmin ildən Rəhilə müəllim bu məktəbdə işləyir. Əvvəlki illərdə rəsmxətt, rəsm və texniki əmək fənnlərini tədris etmişdir. Hal-hazırda yuxarı siniflərdə təsviri incəsənət fənnini tədris edir. YAP-ın üzvüdür.
Rəhilə xanım “Bizim Lider” qəzetinin keçirdiyi rəy sorğularına əsasən təhsil sahəsindəki ən uğurlu fəaliyyətinə görə “Peşəkar müəllim” media medalı ilə təltif edilmişdir.
Rahilə müəllimin şagirdlərinin ürək sözləri:
Bu yazıda mənə çox doğma olan sinif rəhbərim Rəhilə müəllimdən söz açmaq istəyirəm. Biz artıq ibtidai sinifin balaca, şıltaq uşaqlarığını geridə qoyub orta təhsilə başlayırdıq. Yeni və tanımadığımız müəllimlərlə tanış olur, onların bəzilərindən qorxur, bəzilərini isə çox istəyirdik. Təbii ki bu müəllimləri sevməyi, onlarla münasibət qurmağı bizə məhz sinif rəhbərim Rəhilə müəllimə öyrətmişdir. İlk dəfə sinifə gələn gündən məzun olan günə kimi Rəhilə müəllimə hər birimizin qayğısını çəkmiş, bütün problemlərimizdə bizə kömək olmuş və onları həll etmişdir. O bizə gələcəkdə addımları düzgün atmağımızı öyrədən həyati məsləhətlər də vermişdir. Sonda isə mən çox xoşbəxtəm ki, mənim Rəhilə müəllim kimi gözəl və mehriban müəllimim olub.
Hörmətlə: Elnurə
***Müəllimlik şərəfli peşədir
Rəhilə müəllimi soruşursuz?
Bu xanım mənim nəzərimdə ən mötəbər, ən humanist, səmimi, mehriban insan kimi qalıb. Birinci sinfin ilk dərs günü idi. Anam da müəllimdir. Məni sinifdə qoyub özü dərsə getdi. O qədər ağlamışdım ki...
Bir əlin saçımı sığalladığını hiss etdim. Hicqıra-hıcqıra başımı qaldırdım. Gülərüz qadın gözlərimin yaşını sildi və məni sakitləşdirməyə başladı...
Sonralar bildim ki, bu qadın müəllimdir. Rəhilə müəllim yuxarı sinifdə bizə dərs dedi. Gülümsər gözlü, asta addımlı, mülayim səsli bu müəllimi heç vaxt unutmaram. Ona can sağlığı və uğurlar arzulayıram.
Fərid Ələkbərli, 5b sinif şagirdi
Müəllimlik şərəfli peşədir
***
Rəhilə müəllimə 5-ci sinifdən sinif rəhbərim olub. Həssas, mehriban, həm də tələbkar müəllimdir.
O bizim üçün həm müəllim, həm də nəvazişkar ana olub.
Orxan Bayramov
***
5b sinif valideynlərinin ürək sözləri:
Biz Rəhilə müəllimə ilə artıq dörd aydır ki, tanışıq. Bu az zaman ərzində onu kifayət qədər yaxından tanıdıq və sevdik. Rəhilə müəllimə dedikdə gözümüzün qarşısında valideynləri və şagirdləri ilə yaxından maraqlanan qayğıkeş bir ana, nənə obrazı canlanır. Bu fikirləri bütün valideynlərin adından deməyi özümüzə borc bildik. Çünki uşaqlarımız bu il 5-ci sinif şagirdləridir. Nə demək istədiyimiz yəqin ki, anlaşıldı. Yəni hər bir uşaq üçün ibtidai sinif müəllimi ikinci anadır. 4 il bir ananın qayğısı altında böyüyən uşaqlar artıq ondan ayrılmalı olurlar. Yeni sinif rəhbərinə öyrəşəcəklər, ya yox, necə olacaq? Bu fikirlər hamımzı narahat edirdi. Lakin Rəhilə müəlliməni ilk gördüyümüz andan bu narahatçılığa heç bir əsasın olmaması bizi sevindirdi. Elə ilk gündən özünü bizə və şagirdlərinə sevdirdi. Dərsə gəlməyən, xəstələnən şagirdlərinin hər biri ilə ayrılıqda maraqlanan, şagirdlərə qayğıkeş yanaşan, valideynlərlə tez-tez ünsiyyətdə olub onlara bir ana kimi yanaşan Rəhilə müəlliməyə təşəkkürümüzü bildiririk. Artıq hər birimiz əminik ki, övladlarımız əmin əllərdədir.
***
Əziz Rəhilə müəllimə, mən sizi çox sevirəm. Siz mənim çətin anımda arxamda durdunuz. Heç kimin mənə inanmadığı, güvənmədiyi vaxtlarda belə mənə inandınız, güvəndiniz. Bunun üçün sizə minnətdaram. Bu dörd ayda siz mənə dayaq oldunuz.
A.Rəna, 5b sinif şagirdi
Nəvələri:
Müəllimlik şərəfli peşədir
Müəllimlik şərəfli peşədir
Müəllimlik şərəfli peşədir


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi