azia.az
azia.az

Təhsil millətin gələcəyidir

1-05-2019, 22:58

Təhsil millətin gələcəyidir
30 aprel 2019-cu il tarixində Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Rauf Əliyevin təşəbbüsü və Pirallahı Rayon icra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə " Təhsil millətin gələcəyidir " başlığı altında tədbir keçirildi. Pirallahı rayon Gənclər Mərkəzində keçirilən tədbirdə rayonun ümumtəhsil müəssisələrinin müəllimləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanda təhsil sahəsinə həmişə diqqət yetirmiş və ona qayğı göstərmişdir. O bildirmişdir ki, “təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu cəmiyyətin xüsusi intellektual cəhətini əks etdirən sahədir. Belə halda təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”. Bu, dövlətimizin təhsillə bağlı siyasətini açıq şəkildə ortaya qoyur. Təhsil Azərbaycan dövləti üçün pirioritetdir.
Tədbirin keçirilməsində məqsəd aprel ayının 4-ü Bakı şəhərinin 162 saylı məktəbində baş verən hadisə ilə bağlı son vaxtlar cəmiyyətdə geniş müzakirə mövzusu olan müəllim-şagird, müəllim-valideyn münasibətləri və rayonumuzun ümumtəhsil müəssisələrində mövcud vəziyyəti müzakirə etməkdir. Diskussiya xarakterli görüşümüzdə rayonun ümumtəhsil müəssisələrinin müəllim, şagird və valideynlərini düşündürən sualları müzakirə etmək, rayonun təhsil həyatında mövcud vəziyyətlə yaxından tanış olmaq üçün hər birinizi aktiv olmağı təkilif edirəm" - deyə Hikmət Şikarov çıxışının sonunda qeyd etdi. Təhsil millətin gələcəyidir
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxış edərək Dövlət Proqramına uyğun olaraq rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin əsaslı təmir olunmasını, müasir texnologiyalar əsasında fənn kabinetləri ilə təchiz olunmasını, bununla yanaşı məktəbəqədər təhsil müəssisələrində yer çatışmamazlığını qeyd etdi. Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı rayonun təhsil müəssisələrində mövcud vəziyyəti aydınlaşdırmaq üçün monitorinq qrupunun yaradılması barədə Sərəncam verdiyini qeyd edərək və bu qrupun orta məktəblərdə valideyn və şagird kollektivləri ilə görüşlər keçirilməsi tapşırığı verildi.
Monitorinq qrupunun rəhbəri, Pirallahı RİH başçısının müavini Anara Hacıbəyli monitorinq qrupunun fəaliyyəti barədə məlumat verərək təkliflərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Millət vəkili, Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş strategiyanın konseptual əsasları, adında olduğu kimi Azərbaycan Respublikasında Təhsilin inkişana, ölkədə təhsilin müsair dünya təhsilinin səviyyəsin çatdırılmasına və bununlada yeni elm və texnalogiya əsrində Azərbaycan brendlərinin formalaşmasına xidmət edir.
Dövlətin 2020-ci il hədəflərində təhsilin xüsusi çəkisi digər sahələrlə müqayisədə xeyli dərəcdə artıqdır. Bunu "Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə yeni dövlət strategiası"nda aydın şəkildə görmək mümkündür. Bundan əlavə ölkə qarşısında duran növbəti strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır.
Tədbirdə iştirak edən müəllimlər Pirallahı rayonu ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin Dövlər Proqramı çərçivəsində əsaslı təmir olunmasını, məktəblərdə müasir standartlara uyğun fənn kabinetlərinin təhsilin keyfiyyətinin artmasında mühüm rol oynadığını, həmçinin orta məktəblərdə mövcud olan vəziyyətlə bağlı məlumatlar verərək, müəyyən təkliflər irəli sürdülər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi