azia.az
azia.az

Mərkəzi Elmi Kitabxanada akademik Zərifə Əliyevanın 96 illik yubileyinə həsr olunmuş sərgi açılıb

29-04-2019, 14:56

Mərkəzi Elmi Kitabxanada akademik Zərifə Əliyevanın 96 illik yubileyinə  həsr olunmuş sərgi açılıb
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 96 illik yubileyinə həsr olunan sərgi açılıb. Sərgidə kitabxananın fondlarında saxlanan, alimin “Görmə orqanının vərəmi”, “Oftalmologiyanın aktual problemləri”, “Yüksək əqidə”, “Pedaqogika” (Z.Əliyeva, A.Mollayeva) “Zərifə Əliyeva” (H.Mirələmov), “İridodiaqnostika” (R.F.Təhməzov), “Qaranlığa nur saçan zəka” (M.Seyidov) kitabları və onun haqqında yazılmış biblioqrafiya nümayiş olunur. Bundan əlavə sərgidə Ümumilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın həyat və fəaliyyəti haqqında məlumatların, eləcə də iştirak etdikləri konfrans, tədbir və səfərlərin də fotolarının yer aldığı toplu nümayiş etdirilir.
Mərkəzi Elmi Kitabxanada akademik Zərifə Əliyevanın 96 illik yubileyinə  həsr olunmuş sərgi açılıb
Məlumat üçün bildirək ki, sərgidəki kitablar haqqında MEK-in elektron kataloqundan tanış olmaq mümkündür. Oftalmoloq alimin kitabları MEK-in Milli Rəqəmsal Yaddaş bazasına yerləşdirilib. Sərgi iki həftə davam edəcək.

AMEA Mərkəzi Elmi Kitabxana
İctimaiyyətlə əlaqələr bölməsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi