azia.az
azia.az

AMEA Botanika İnstitutu Yaponiya ilə elmi əlaqələri genişləndirib

27-11-2018, 16:41

AMEA Botanika İnstitutu Yaponiya ilə elmi əlaqələri genişləndirib
Yaponiyanın Mie Universitetinin “Bitki patologiyası” laboratoriyasının professoru Susumu Takamatsu AMEA Botanika İnstitutunda ezamiyyətdə olub. İnstitutunun direktoru, akademik Validə Əlizadə və Mikologiya laboratoriyasının müdiri, AMEA-nın professoru, b.ü.e.d. Dilzarə Ağayevanın iştirakı ilə keçən görüşdə qonağa İnstitutun həyata keçirdiyi layihələr və elmi tədqiqat işləri haqqında məlumat verilib. Mikologiya sahəsi üzrə müştərək tədqiqatların aparılması və elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları müzakirə olunub. Qonaq İnstitutda fəaliyyət göstərən laboratoriyaları, mikroskop otağını, Herbari fondunu və Botanika Muzeyini də ziyarət edib.

Həmçinin, yaponiyalı alimin iştirakı ilə Quba rayonunun meşələrində yayılmış Unlu şeh göbələklərini müşahidə etmək məqsədilə müştərək ekspedisiya həyata keçirilib.

Səfər müddətində AMEA-nın Botanika, Mərkəzi Nəbatat Bağı, Molekulyar Biologiya və Biotexnologiyalar və Mikrobiologiya institutlarının əməkdaşlarının iştirakı ilə Dr. S. Takamatsunun təqdimatında elmi seminar təşkil olunub. Seminarda yaponiyalı alimin “Mikroaləmdə niyə heyrətamiz qeometriyalar yaranmışdır? Unlu şeh göbələklərinin təkamülü və taksonomiyası” mövsuzunda məruzəsi dinlənilib. Alim məruzəsində Unlu şeh göbələklərinin Yer kürəsində ilk dəfə yaranma tarixi, keçdiyi təkamül yolu, sahib aralığı və coğrafi yayılmasına dair suallara aydınlıq gətirib. Mövzu ətrafında geniş müzakirələr aparılıb.

AMEA Botanika İnstitutu
İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs M.Qurbanova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi