azia.az
azia.az

Nazir “Drakon”un məktəb direktorunu şil-küt etməsindən danışdı

21-11-2018, 15:32

Nazir “Drakon”un məktəb direktorunu şil-küt etməsindən danışdı
“Müəllimə həmişə hörmət olub. Məktəb rəhbərinə, müəllimə bu münasibəti pisləyirik və araşdırmanın nəticəsini gözləyirik”.

Bunu təhsil naziri Ceyhun Bayramov aktyorun məktəb direktorunu döyməsi məsələsinə münasibət bildirərkən deyib. Nazir bildirib ki, məsələyə düzgün hüquqi qiymət veriləcəyinə inanır.

Onun sözlərinə görə, son illər müəllimlərin nüfuzunun artırılması üçün tədbirlər görülüb. Təkcə bu il müəllimlərin işəqəbul üçün müraciətlərin sayı artıb. 290 nəfər yüksək bal toplayan gənc müəllim olmaq istəyib. Bu il 235 gənc ibtidai sinif müəllimi olmaq üçün müraciət edib. Azərbaycan cəmiyyətində müəllimlərə olan hörmət və ehtiramın şahidi oluruq.

“Ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün 5 beynəlxalq ikili diplom proqramı təsis olunacaq".

Virtualaz.org xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"na həsr olunmuş mətbuat konfransında deyib.

Nazir bildirib ki, dövlət proqramının əsas hədəfi elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyasından yararlanaraq yeni nəsil mütəxəssislərinin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. C.Bayramov Dövlət Proqramı çərçivəsində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramının təsis olunacağını və onların icrasına dair monitiorinqin nəticələrinə uyğun lahihənin davam etdiriləcəyini deyib. Dövlət Proqramı Dövlət Neft Fondunun vəsaiti və alternativ mənbələrin hesabına maliyyələşdiriləcək.

C.Bayramov əlavə edib ki, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı məzunlarının 60 faizi özəl sektorda, 40 faizi isə dövlət sektorunda çalışır. Həmin məzunların çox hissəsi ali təhsil sistemində öz töhvələrini verirlər. Universitetlərdə dövlət proqramının tələbələri olan məzunlarımızın çoxu müəllim və digər vəzifələrdə çalışırlar.

Nazir xaricdə təhsil üzrə dövlət proqramları üzrə təhsil alanlarla bağlı sualı cavablandırıb. Onun sözlərinə görə, xaricdə dövlət proqramı ilə təhsil alanların üstünlükləri var, onlar işlə təmin edilirlər. Hər il yeni məzun olan tələbələrlə bağlı işəgötürənlərə məlumatlar verilir.

Universitetdə yeniliklər, köhnə dərsliklərin dəyişdirilməsi ilə bağlı sualı cavablandıran Bayramov deyib ki, ali təhsil müəssisələrinin işində müsbət dəyişikliklər olacaq.

Ülviyyə Xudiyeva

Virtualaz.org


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi