azia.az
azia.az

Dördüncü dalğa məktəb və universitetlərdən başlayacaq, bu qaçılmazdır - Virusoloqlar

14-09-2021, 08:44


Virusoloqlar yaxın zamanda 4-cü dalğanın olub-olmayacağı barədə təzadlı fikirlər bildirir. Əsas risk təhsil müəssisələrinin açılması ilə bağlıdır. Ötən il birinci-ikinci dalğada 90% ölkələrdə təhsil onlayn idi. İndi isə peyvənd olunmuş müəllimlərlə vaksin olunmayan şagird ordusu toqquşacaq.
Dördüncü dalğa məktəb və universitetlərdən başlayacaq, bu qaçılmazdır - Virusoloqlar
Xəbər verilir ki, biologiya elmləri üzrə professor Sergey Netesov 4-cü dalğanın məhz bu səbəbdən olacağını bildirib.

"Distansion təhsil özünü doğrultmadı, dünya risklərə rəğmən əyani təhsilə keçir. Bu çox riskli vəziyyətdir, hətta bütün pedaqoqlar 2 doza vaksin olunsalar da. Uşaqları heç kim peyvəndləmir, delta ştamm isə htta 5 yaşlı uşaqlara da keçir.

Uşaqlar koronavirusdan qorunmağı bilmir, maska taxmayacaqlar, sosial məsafə yoxdur. İndidən hesablamaq belə çətindir ki, yoluxma hansı masştabda olacaq. Əgər peyvəndləmə zəifdirsə, müəllim və şagirdlər maska taxmayacaqsa, dərslər başlayandan 2 həftə sonra növbəti dalğa qaçılmazdır. Yeganə yol, 2 doza vaksin olunub, sinidfə maska taxmaqdır.

Amma bu dəfə də uşaqlar arasında yoluxma hallarının artacağını görə bilərik. Ona görə də, yeni tədris ili müəllimlərdən çox, uşaqlar üçün təhlükəli olacaq.

Hazırda delta ilə mübarizə aparırıq. Yeni ştammlar çıxmasa daha bir dalğa ilə deltanın sonuna çıxmaq olar".

Qeyd edək ki, Rusiya əyalətlərində artıq xəstəxanalara azyaşlı uşaq xəstələr daxil olur və onların arasında vəziyyəti orta ağır olanlar da var. Virusoloqlar təcili olaraq effektiv uşaq korona vaksininə ehtiyac olduğunu bildirir. medicina.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi