azia.az
azia.az

Qonşu ölkələrdə təhsil bu formada olacaq - Azərbaycanda isə bəlli deyil

4-09-2021, 14:53

Qonşu ölkələrdə təhsil bu formada olacaq - Azərbaycanda isə bəlli deyil
15 sentyabra - Bilik Gününə sayılı günlər qalır. Ancaq Azərbaycanda tədrisin distant yoxsa ənənəvi olacağı ilə bağlı müəmmalı vəziyyət davam edir.

Azia.az xəbər verir ki, qonşu ölkələr artıq tədrisin necə başlayacağı ilə bağlı qərarları verib:

İran - Distant
Gürcüstan - Distant
Ermənistan - Distant
Rusiya - Ənənəvi
Türkiyə - Ənənəvi

Nəzərə alsaq ki, sentyabrın 15-i dərslər başlayır, bu zaman dərslərin ənənəvi formada keçirilməsi ilə bağlı qərar verilsə, valideynlərin işi çətin olacaq.

Çünki qısa vaxt ərzində şagirdlər üçün məktəb ləvazimatları, paltarlar alınmalıdır.

Azərbaycan Təhsil Nazirliyi ötən həftə qeyd edib ki, yaxın günlərdə qərar açıqlanacaq. Ancaq 10 gün qalmasına baxmayaraq heç bir qərar verilməyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi