azia.az
azia.az

​Məktəblərdə “ERKƏN” 8 MART HAZIRLIĞI: Şagirdlərdən “bayram pulu” yığılır

18-02-2021, 10:34

​Məktəblərdə “ERKƏN” 8 MART HAZIRLIĞI: Şagirdlərdən “bayram pulu” yığılır

Pul yığılmasına bir az tez başlayıblar ki, birdən Operativ Qərargah yenidən qapanma qərarı verər.

Azia.az xəbər verir ki, bu fikirləri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bəzi məktəblərdə şagirdlərdən pul yığılmasına münasibət bildirən təhsil eksperti Elçin Əfəndi Yeniçağ.az-a açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, qanunsuz pul yığımının cəmiyyətdə narazılığa səbəb olması başadüşüləndir:

“Son günlər bir neçə valideyn və müəllim tərəfindən daxil olan müraciətlərin əsas leytmotivini bəzi məktəblərdə valideyn komissiyaları, məktəb direktorunun müavinləri və bəzi sinif rəhbərləri tərəfindən 8 Martla bağlı 30 və ya 50 manat məbləğində pul yığılması təşkil edir.

Açığı, ilk məlumatı alanda bəlkə qərəz var, deyə düşündüm. Gəldiyim qənaətə əsasən, məktəblərdə indidən pul yığırlar ki, həmin dövrdə yoxlama olacağı təqdirdə, “Yox, siz nə danışırsınız? Məktəbimizdə belə hal mümkün deyil” yalanını rahatlıqla deyə bilsinlər.

Eyni zamanda, strateji olaraq yığıma bir az tez başlayıblar ki, birdən Nazirlər Kabineti yanında Operativ Qərargah yenidən qapanma qərarı verə bilər. Ona görə də “çıxış yolu”nu prosesə daha erkən başlamaqda görüblər.

Biz məmurları tənqid edirik ki, yeyirlər, çapırlar, talayırlar. Ancaq bu mənada onlardan geri qalmayan valideyn komitələri, məktəb direktoru müavinləri və bəzi sinif rəhbərləri var. Məhz bu şəxslərin əməllərini gördükcə, gələcəyə ümid azalır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi