azia.az
azia.az

Mərkəzi Elmi Kitabxananın direktoru Sevil Zülfüqarova Vikipediya təlimlərinin iştirakçılarına sertifikatlar təqdim edib

13-11-2020, 19:42

Mərkəzi Elmi Kitabxananın direktoru Sevil Zülfüqarova Vikipediya təlimlərinin iştirakçılarına sertifikatlar təqdim edib

Azia.Az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst Elektron Resurlarla İş şöbəsi (SER) açıq ensiklopediya olan "Vikipediya"da məqalələrin yerləşdirilməsi ilə bağlı gənclərin maarifləndirilməsi fəaliyyətini davam etdirir.
SER şöbəsinin müdiri Reyhan Əhmədovanın verdiyi məlumata əsasən, rəhbərlik etdiyi şöbənin mütəxəssisi Nuray Tanrıverdiyeva tərəfindən Diaspora könüllülərinə avqust ayından vikipediya üzrə onlayn təlimlər keçirilir. Təlim iştirakçılarından "Loqos" Psixoloji və Nitq İnkişafı Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İB-nin icraçı direktoru Leyla Rəhimova , "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin Sənədlər şöbəsinin rəhbəri Ləman Ağalarova Mərkəzi Elmi Kitabxananın direktoru Sevil Zülfüqarova tərəfindən sertifikatla təltif olunublar.

Xatırladaq ki, təlimlərdən sonra könüllülər “Vikipediya”nın Azərbaycan və xarici dil bölmələrində fəaliyyət göstərəcəklər.

Mərkəzi Elmi Kitabxananın direktoru Sevil Zülfüqarova Vikipediya təlimlərinin iştirakçılarına sertifikatlar təqdim edib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi