azia.az
azia.az

Birinci sinfə elektron qeydiyyat dayandırılıb

19-03-2020, 13:49

Birinci sinfə elektron qeydiyyat dayandırılıb

Martın 19-u saat 16:00-dan etibarən birinci sinfə elektron qeydiyyat müvəqqəti dayandırılır.

Təhsil Nazirliyindən Azia.az-a verilən xəbərə görə, elektron qeydiyyat sistemi martın 29-u saat 12:00-dan etibarən yenidən aktivləşəcək.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Birinci sinfə elektron qeydiyyat prosesinə martın 10-dan start verilib.

(apa)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi