azia.az
azia.az

ADAU-da 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar görüş keçirilib

7-01-2020, 23:01

ADAU-da 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar görüş keçirilib
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 2 saylı tələbə evində 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar görüş keçirilib. Görüşü giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov aqrar təhsilin inkişafı məqsədilə dövlətin ADAU-ya qayğısı, son illərdə görülmüş işlər, əldə olunan nailiyyətlər barədə danışıb.
ADAU-da 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar görüş keçirilib

Cari imtahan sessiyasına hazırlıqla bağlı görülmüş işləri tədbir iştirakçılarının nəzərinə çatdıran rektor tələbələrin biliyinin qiymətləndirilməsində ictimai nəzarətin təmin edilməsinin, bu məqsədlə müvafiq əmrlə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının, tanınmış təhsil ekspertlərinin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin, valideynlərin daxil olduğu ictimai nəzarət qrupunun əhəmiyyətini qeyd edib, imtahan prosesinin monitorinqi və qiymətləndirilməsində göstərəcəkləri dəstəyə görə qrupun üzvlərinə dərin təşəkkürünü bildirib.
ADAU-da 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar görüş keçirilib
Sonra Millət vəkili Naqif Həmzəyev, Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin Təlim və inkişaf sektorunun baş məsləhətçisi Elnur Atayev, Kənd Təsərrüfatı Nazirliyi Daxili nəzarət şöbəsinin audit sektorunun baş məsləhətçisi İlqar Əhmədov, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov, İctimai Şuranın üzvü, təhsil eksperti Nadir İsrafilov, “Məktəb güşəsi” saytının və jurnalının baş redaktoru Məzahir Məmmədli, “Turkustan.info” saytının xüsusi müxbiri Mübariz Mikayılov və digər mətbuat nümayəndələri və valideynlər çıxış edərək fikirlərini bildiriblər.

Görüşdən sonra tədbir iştirakçıları imtahan prosesini izləyib, universitetin maddi-texniki bazası, yeni tədris korpusunun tikintisi, tədris-təcrübə təsərrüfatı və digər obyektlərlə yaxından tanış olublar.
ADAU-da 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar görüş keçirilib
ADAU-da 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar görüş keçirilib
ADAU-da 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar görüş keçirilib
ADAU-da 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar görüş keçirilib
ADAU-da 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar görüş keçirilib
ADAU-da 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar görüş keçirilib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi