azia.az
azia.az

Yer Elmləri Bölməsinin büro iclası keçirilib

14-12-2019, 13:27

Yer Elmləri Bölməsinin büro iclası keçirilib
Dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyası Yer Elmləri Bölməsinin növbəti büro iclası keçirilib. Tədbirdə bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov, büro üzvləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.
İlk olaraq 2019-cu ildə bölmənin elmi istiqamətləri üzrə elmi-tədqiqat, təhsil və sahə müəssisələrində əldə edilmiş və müvafiq ixtisaslar üzrə ekspertizadan keçən mühüm nəticələr müzakirə olunub və müvafiq qərar qəbul edilib.
İclasda dissertasiya mövzularının Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasında təsdiq edilməsi məsələsinə baxılıb. Şuranın yaradılması haqqında Nazirlər Kabinetinin qərarına əsasən AMEA-nın Yer Elmləri Bölməsinə aid Problem Şuralarının təkmilləşdirilməsi ilə bağlı müraciətlər müzakirə edilib.
Tədbirdə müzakirəyə çıxarılan növbəti məsələ akademik Əhəd Yaqubovun 110 illik yubileyinə həsr edilmiş kitabın nəşri ilə bağlı olub. F.Qədirov ölkə başçısı İlham Əliyevin alimin yubileyinin qeyd olunmasına dair müvafiq sərəncamına əsasən “Akademik Ə.Ə.Yaqubov – Azərbaycanda palçıq vulkanizmi elminin banisidir” adlı xatirə kitabının hazırlandığını bildirib. Müzakirədən sonra kitab nəşrə tövsiyə olunub.
Sonda bir sıra cari məsələlərə baxılıb.


AMEA Rəyasət Heyətinin aparatı
İctimaiyyətlə əlaqələr, mətbuat və
informasiya şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi