azia.az
azia.az

GDU rəhbərliyi ittiham olunur... - Nazir müdaxilə edə bilmir?

4-10-2019, 10:59

GDU rəhbərliyi ittiham olunur... - Nazir müdaxilə edə bilmir?
DİA.AZ: - "Gəncə Dövlət Universitetində yeni tədris ili başlasa da,əvvəlki illərdən vüsət alan qanunsuzluqlar seriyası davam etməkdədir.Nə barəsində edilən şikayətlər,nə də haqqında yazılan tənqidi yazılara məhəl qoymayan universitet rektoru Yusif Yusibov neqtiv hallara rəvac verməkdə davam edir". Bu sözlər DİA.AZ-a göndərilən müraciətdə yer alıb. Daha sonra məqalə müəllifi iddia edir:

"Universitetdə baş alıb gedən özbaşınalıq,qanun pozuntuları bu ali təhsil müəssisəsində həm professor müəllim heyəti arasında,həm texniki işçilər arasında, həm də tələbə kontingentində atmosferi pozur,pessimist əhvali-ruhiyyə yaradır.Bütün universitet kollektivinin hüquqları pozulur, müxtəlif təhqirlərə məruz qalır.

Məlum olduğu kimi,prezident İlham Əliyevin fərmanı ilə minimum əmək haqqı 250 manat müəyyən edilmişdir. Müvafiq sərəncama görə, büdcə təşkilatlarında çalışanların aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılır.Lakin, Prezident İlham Əliyevin sərəncamları Yusif Yusibovun özəl obyekti sayılan GDU-da yerinə yetirilmir.Belə ki,özəl sektorda maaşlar qalxanda Y.Yusibov deyir ki, biz dövlət müəssisəsində işləyirik, bu artım bizə şamil olunmur. Büdcədən maliyyələşən təşkilatlarda maaşlar qaldırılanda isə Y.Yusibov iddia edir ki,GDU özü-özünü maliyyələşdirən bir müəssisədir.Ona görə də bu artım bizə şamil olunmur.

Minimum əmək haqqının artırılmasına qədər GDU-da laborant, baş laborant, kabinə müdiri,laboratoriya müdiri,preperator,habelə tədris ustaları və digər texniki işçilərin maaşları arasında əsaslı fərq var idi.Hal-hazırda Y.Yusibovun Nobel mükafatına layiq görüləsi yeni ixtirasına görə laborant,baş laborant,laboratoriya müdiri,kabinə müdiri,preperator,metodist və digər tədris-köməkçi heyəti üzvləri hətta xadimələr belə ayda 250 manat maaş alacaqlar.Bu ştatlara verilən maaş tariflərinin çox kobud şəkildə pozulması deməkdir. Müəllim heyətinin maaşları isə ümümiyyətlə, artırılmır.Vəzifələr arasında verilən maaşa heç bir fərq qoymayan Y.Yusibova bu ixtirasına görə əsrin Nobel mükafatı düşür.

Bundan başqa ali məktəblərin hamısında professor-müəllimlərin əmək haqqı böyük məbləğdə artırılsa da, bu GDU-da xəyal olaraq qalır.Gəncədə yerləşən ADAU və GDU əməkdaşlarının maaşları arasında əsaslı fərqlər vardır.

GDU-da pul vəsaitlərinin xərclənməsində böyük israfçılığa yol verilir.Belə ki,rektor Y.Yusibov maaşları qaldırmaq əvəzinə ,bu pulları təmirə və turniket kimi lüzumsuz şeylərə xərcləyir.İşçilərin işə davamiyyətinə nəzarət üçün birinci tədris binasında turniket quraşdırılıb.Halbuki,bu əmək intizamına nəzarət kafedra müdirlərinin bir başa səlahiyyətidir.Quraşdırılmış turniket pul silməkdən başqa bir şey deyil,bu turniketin birinin quraşdırılması 270000 manata başa gəlib. Y.Yusibov elmi şuranın iclasında digər 5 tədris binasına da turniket quraşdırılacağını bildirmişdir.Buna isə 135 0000 manat vəsait tələb olunur.Bu qədər vəsaiti universitet əməkdaşlarının əmək haqlarının artırılmasına sərf etmək daha yaxşı olmazdımı???

Prezident İlham Əliyevin fərmanı ilə GDU-nun 3 ədəd 4 mərtəbəli tələbə yataqxanasının təmiri üçün 12 milyon vəsait ayrılıb.Bu binalar sökülmədən, sadəcə təmir olunur.Bu qədər vəsaitə böyük bir kompleks tikmək olar,lakin rektor bu məqsədlə universitetin büdcəsindən əlavə olaraq 750000 manat vəsait ayrılacağını bildirir.Təmirə ayrılmış bu qədər vəsaiti Y.Yusibov təsərrüfat işləri üzrə prorektor,adı keçmiş MTN zabiti Akif Çovdarovun cinayət əməllərində hallandırılan Fəxrəddin Həsənovun əli ilə həzmi-rabedən keçirir.Bu o Fəxrəddin

Həsənovdur ki,30-a kimi ölü canlar sayılan işçinin maaş kartını özündə saxlayıb, onları mənimsəyir.F.Həsənovun əmisi oğlu MTN-in Gəncə şəhər şöbəsinin rəisi idi və bu hadisələrdə işdən azad edildi.

Hər il olduğu kimi,bu ildə F.Həsənovun rəhbərliyi ilə tədris binalarının cari təmiri üçün fakültə dekanlarından 2000 manatdan pul yığıldı.8 fakültə və 2 şöbənin olduğunu nəzərə alsaq,bu məbləğ 20000 manat vəsait edir.Bu qədər vəsaitlə yalnız tədris binalarının koridorunun döşəməsi sıyrılmadan kirli vəziyyətdə, yüngül formada laklanıb.Ona görə ki,F.Həsənov pulu yığır,başqa usta çağırmağa icazə vermir,deyir mənim öz adamlarım bu işi yerinə yetirəcək.Beləliklə,həmin laklanma prosesinə uzağı 500 manat xərclənir,qalan vəsait isə Y.Yusibov və F.Həsənov tərəfindən mənimsənilir.

Hal-hazırda Y.Yusibov və F.Həsənov özlərinə yeni biznes tapıb.Belə ki, tədris binalarında olan auditoriyaların adları və nömrələrini yazmaq məsələsini gündəmə gətiriblər.Halbuki,hal-hazırda bütün otaq və auditoriyaların adları və nömrələri çox səliqəli şəkildə var.

Çox maraqlıdır, hal-hazırda bütün otaq ,kabinə və laboratoriyaların həm adları,həm də nömrələri var.Yenidən ad və nömrə yazdırmaq müəllimlərin cibinə girib,onların halal maaşlarını oğurlamaqdan başqa bir şey deyil.Digər tərəfdən, bu yazıların yazılması universitetin rəhbərliyi tərəfindən ödənilməlidir.Kafedra müdirləri və müəllimlər bu pulu nəyə görə maaşlarından ödəməlidir???

Yeni tədris ilində universitetin müxtəlif kafedralarına 30-a kimi təzə müəllim götürülmüşdür.Orta məktəblərə işə qəbul imtahanlarında kəsilən şəxslər 10 000 manat rəhbərliyə verməklə savadları olmasa da asanlıqla müəllim vəzifəsinə qəbul edilir.

Universitetdə tələbə qəbulu üçün plan yerlərinin sayı fakültələr arasında tələbata uyğun bölünmür,burada dostbazlıq prinsipi əsas götürülür.İqtisadiyyat fakültəsinə tələbə qəbulu üçün plan yerlərinin sayı süni şəkildə artırılaraq artıq 400 nəfərə çatıb.Digər fakültələrə ayrılan yerlər isə azaldılır və 150 nəfərə salınıb.Çox maraqlıdır ki,nədənsə qərb regionunda yerləşən pedaqoji profilli bir universitet artıq İqtisad Universitetinin Gəncə filialına çevrilməkdədir.

Rektor Y.Yusibov GDU-nun Akif Çovdarovu adlandırılan Fəxrəddin Həsənovun əli ilə təsərrüfat bölməsinin işçiləri vasitəsilə universitetin binasında xəfiyyə şəbəkəsi quraraq onun üçün maraqlı olan adamların hara gedib-gəldiklərini izlədir.Ən ağrılı hal odur ki,ayaq üstə 10 dəqiqə belə çıxış etmək qabiliyyəti olmayan,savadsız Fəxrəddin Həsənov fakültə dekanlarına,kafedra müdirlərinə,şöbə müdirlərinə təsir edərək öz iyrənc əməllərini həyata keçirir.Universitet binalarının və yataqxanaların təmiri hər il Yusif Yusibovun yaxın adamlarının şirkəti tərəfindən həyata keçirilir.Bu zaman isə rəqəmlər şişirdilərək dövlət vəsaitləri talan olunur.Bununla doymayan F.Həsənov və rektor Fizuli Fərəci kimi zatlarla əlaqəyə girib müəllimlərin,dekanların, kafedra müdirlərinin cibinə girmək istəyir,onu universitetə dəvət edib təmir və reklam üçün pul yığdırır.

GDU rektoru Y.Yusibovun bütün qanunsuz əməllərinə göz yuman Təhsil Naziri, pafosla danışan,lakin danışığında heç bir məntiq olmayan Ceyhun Bayramovun isə bizcə artıq deməyə sözü yoxdur. Çünki,banklardan kredit götürmüş professor-müəllim,eləcə də tədris-köməkçi heyəti başına görəsən haranın külünü tökəcəklər???

Çətin duruma salınmış, pulsuz müəllimin halal zəhmətini yeyib, xarici dövlətlərdə kefə gedənlər, hardan biləcəklər ki, bir qarın çörək puludur yazıq müəllimlərin arzusu..."

Dia.az olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi