azia.az
azia.az

Nura Suri: “Açıq geyinirəm, əcəb edirəm, heç kimə dəxili yoxdur” – VİDEO

11-04-2019, 01:10


Sosial şəbəkələrdə müğənnilərin oxuyub-oynaması, hərəkətləri və danışığı tez-tez müzakirə obyektinə çevrilir. İzləyicilər məşhurları nəinki tənqid edir, hətta təhqirə də keçirlər.
Nura Suri: “Açıq geyinirəm, əcəb edirəm, heç kimə dəxili yoxdur” – VİDEO
Bu kimi xoşagəlməz və neqativ rəylərlə üzləşən müğənnilərdən biri olan Nura Suri Oxu.Az-a açıqlamasında bildirib ki, onu təhqir edənləri polisə verəcək.
“Facebook”da, “İnstagram”da mən, qəhrəman valideynlərim, övladlarım soyülür. Bu belə davam edə bilməz.

Sosial şəbəkələrdə bu tərbiyəsizliyə son qoymaq lazımdır. Polisə şikayət ərizəsi yazmışam. Məni təhqir edən “İnstagram” səhifələri “screen” olunaraq götürülüb. Heç kimi yazılan təhqirlərə görə bağışlamayacağam.

İndiyə kimi bunlara göz yummuşam. Bundan sonra bu kimi hadisələrə göz yummayacağam. Onlara müharibə elan edirəm.

Səhifələrdə əxlaqsızlığı təblig edən, müğənniləri gözdən salan, söyüş yazan izləyicilərin kimliyi – yəni adı, soyadı, ünvanı təyin olunandan sonra həmin insanları məhkəməyə verəcəyəm. Onları Ali Məhkəməyə qədər aparıb, süründürəcəyəm”.

Nura televiziya kanallarında “qırmızı xətti” keçən aparıcılardan da danışıb:

“Efirlərdə bəzi aparıcılar var ki, səviyyəsizliyin reklamı ilə məşğul olurlar. Sənət adamlarını gözdən salırlar. Heç kimin mənim haqqımda məndən icazəsiz, xəbərsiz yazı yazmağa, şəklimi və videomu paylaşmağa ixtiyarı yoxdur.

Bunu birdəfəlik başa düşsünlər. Açıq-saçıq geyinirəm, belə əcəb edirəm. Bunun heç kimə dəxili yoxdur”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi