azia.az
azia.az

“Qadın paltarı geyinən homoseksual deyiləm, ətək geyinən bir kişiyəm”

25-02-2019, 12:20

“Qadın paltarı geyinən homoseksual deyiləm, ətək geyinən bir kişiyəm”

“Azia.az” xəbər verir ki, 49 yaşlı amerikalı sənətçi gecəyə Christian Siriano imzalı geyimlə qatılıb. Səs-küy yaradan libas smokinlə məşhur nağıl qəhrəmanı Sindirellanın paltarının qarışından hazırlanıb.

Ötən gecə baş tutan 91-ci “Oscar” mərasiminin ən diqqət çəkən bəy məşhuru müğənni-aktyor Billy Porter olub.

Hətta Porter instaqramda şəklini paylaşaraq izləyicilərinə “Məni kişi Sindirella adlandırın” deyə müraciət edib. O, bundan əlavə, qırmızı xalçada KİV nümayəndələrinin paltarı barədə verdiyi sualları cavablandırıb. “Qadın paltarı geyinən homoseksual deyiləm, ətək geyinən bir kişiyəm” - deyə Billy bildirib.

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi