azia.az
azia.az

Qardaşı vəfat edən Vüsalə ilk efirində göz yaşlarına boğuldu - VİDEO

12-10-2021, 12:27

Qardaşı vəfat edən Vüsalə ilk efirində göz yaşlarına boğuldu - VİDEO
Bir müddət əvvəl qardaşı vəfat edən Vüsalə Əlizadə yeni mövsümdə ilk dəfə efirə çıxıb.

Metbuat.az Baku.ws-ə istinadən xəbər verir ki, Vüsalənin ilk verilişi zamanı onu studiyaya həmkarı Zaur Baxşəliyev dəvət edib. O, Əlizadəyə qardaşının vəfatı ilə bağlı başsağlığı verib və ona proqramının yeni buraxılışlarında uğurlar arzu edib.
Vüsalə isə uzun müddətdən sonra ilk dəfə tamaşaçıları salamlayaraq verilişinə start verib.

Əlizadə sosial şəbəkə hesabında qardaşı Əlihüseyn Əlizadənin məzarından fotolar paylaşıb. O, qardaşının vəfatından 2 ay 20 gün keçdiyi, lakin bu müddətin ona 20 il kimi gəldiyini bildirib:

"Hər gəlişim bir başqa acılı, nisgilli, şikayətli niyələrlə doludur. Bu gün 2 aylıq 20 ilə bədəl acımı, can yanğımı, mənə ehtiyacla baxan gözləri, qalx deyən içimdəki gücü toparlayıb hesabat verməyə gəldim görüşünə. 9 il əvvəl, əlimin içində körpə bir əl məni bağrına basıb: "Sən bacaracaqsan, güclüsən, səni mən tanıyıram, qulağını kar, gözünü kor, dilini lal edəcəksən, arxanda mən varam. Sən bu gündən bacım yox, qardaşımsan" demişdin.

Yoxluğun həyatımı alt-üst etdi, amma yenə də sənə söz verdiyim kimi, lal, kar, kor həyata davam edəcəyəm, anamıza, balalarımıza, sənin adına, mənə həvalə etdiyin əmanətlərinə, arzularına görə… Yanına gələn günə qədər bu yük mənim həyat borcumdur. Borcumu ödəmək üçün uzun bir yola çıxıram, sınaqlarla dolu, acılardan, zərbələrdən yoğrulub daha güclü, iradəli və iddialı, sənin kimi, sənə yaraşacaq tərzdə.

Xatırladaq ki, aparıcının qardaşı Əlihüseyn 2 ay əvvəl avtomobil qəzasında ölüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi