azia.az
azia.az

"Elza Seyidcahan ona zor tədbiq edildiyini deyir"

1-10-2021, 07:53


İş adamı müğənni Elza Seyidcahanı döyüb.

Bu barədə tanınmış vəkil Elçin Sadıqov bildirib.
 "Elza Seyidcahan ona zor tədbiq edildiyini deyir"
Vəkil bildirib ki, sentyabrın 29-da Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə R.Kərimzadə barəsində bir aylıq həbs qərarı çıxarılıb.

O, İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə) maddəsi ilə təqsirləndirilir.

E.Sadıqov həmçinin qeyd edib ki, həbs edilən şəxs aclıq aksiyasına başlayıb.

Müğənni Elza Seyidcahan Nəsim Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinə şikayət edərək R.Kərimzadənin ona zor tətbiq etdiyini bildirib.

Kərimzadə Rüstəm Fuad oğlu "ELİT SRC GROUP” MMC-nin təsisçisidir və hazırda həmin təşkilatın direktoru vəzifəsini icra edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi