azia.az
azia.az

Xalq artistinin küçədə bu hərəkəti rəğbətlə qarşılandı - VİDEO

9-09-2021, 09:38

Xalq artistinin küçədə bu hərəkəti rəğbətlə qarşılandı - VİDEO
Xalq artisti Flora Kərimova maraqlı addımı ilə diqqət çəkib.

Azia.az xəbər verir ki, küçədə gənc gitaraçının musiqi ifa etdiyini görən sənətçi ona yaxınlaşaraq mahnı ifa etməyə başlayıb.

Xalq artisti gənc ifaçı ilə ən məşhur kompozisiyası olan “Necə unudum səni” mahnısını səsləndirib.

Sənətkarın bu addımı hər kəs tərəfindən maraqla qarşılanıb. Həmin vaxt lentə alınan görüntülər bir çox sosial platformalarda yayılıb.

80 yaşlı Xalq artistinin ifası hər kəs tərəfindən maraq və rəğbətlə qarşılanaraq çox bəyənilib.

Qeyd edək ki, sənətçi “Necə unudum səni” mahnısını ilk dəfə 1979-cu ildə səsləndirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi