azia.az
azia.az

İşdən çıxan aparıcılarla bağlı ATV-dən AÇIQLAMA

8-09-2021, 18:56

İşdən çıxan aparıcılarla bağlı ATV-dən AÇIQLAMA
ATV bir neçə aparıcının telekanaldan ayrılması ilə bağlı açıqlama verib.

Telekanalın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli Axşam.az-a bildirib ki, həm Aytən Səfərova, həm də Afaq Gəncəli öz istəkləri ilə işdən çıxıblar:

"Hər birinin qərarına hörmətlə yanaşırıq".

O.İbrahimli eyni zamanda qeyd edib ki, yeni mövsümlə əlaqədar ATV-də hazırlıqlar gedir:

"Əlbəttə ki, ATV-də yeniliklər olacaq. Yeni mövsümdə hansı simaların efirdə olacağı ilə bağlı isə yaxın günlərdə məlumat veriləcək".

Xatırladaq ki, bir neçə gün öncə Aytən Səfərova ATV ilə yollarını ayırdığını açıqlayıb. Daha sonra uzun illərdir bu kanalda çalışan, "ATV maqazin onlarla" verilişinin aparıcılığını edən Afaq Gəncəli ATV-dən getdiyini elan edib. Sözügedən proqramın redaktoru Ruslan Ağayev də kanaldakı işinə son verib. Onların hər biri yeni mövsümdən etibarən "Xəzər" TV-nin efirində görünəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi