azia.az
azia.az

Nadir Ayanla səmimi görüntüləri haqda: “İçkili idim”

2-09-2021, 13:48

Nadir Ayanla səmimi görüntüləri haqda: “İçkili idim”
Ötən gün müğənnilər Nadir Qafarzadə və Ayan Babakişiyevanın səmimi görüntüləri gündəmə bomba kimi düşüb.

N.Qafarzadənin həmkarını öpməsi və yaxınlıq etməsi sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.

Azia.az xəbər verir ki, müğənni sözügedən görüntülərə video-açıqlama ilə aydınlıq gətirib:

“Ad günü məclisinə getdim, bir az içki qəbul etdim. Özümü elə aparmaq mənə yaraşmırdı. Hər zaman çalışmışam ki, insanlara nümunə olum. Düşünürəm ki, məni anlayarsınız. Bir də belə hallar olmayacaq. Utanıram, xəcalət çəkirəm. Hər kəsin həyatında səhv olur. Bu da mənim səhvim idi. Böyük günah kimi boynuma yazmayın. Allah bağışlayandır, siz də məni əfv edərsiniz. Həmişəki kimi mənə qarşı müsbət fikirdə olun. Oldu, keçdi. Çox üzr istəyirəm, mənim kiməsə zərərim dəyməyib, qaydaları pozmamışam. Amma səhv etmişəm, bunu anlayıram. Bildirəm ki, bu son olacaq. Nəinki mənə, bu hərəkət heç kimə yaraşmır. Səhvimdir, qələtimdir. Xalqdan üzr istəmək məcburiyyətindəyəm. Bunu heç yerə yozmayın. Mənə basqı etməyiblər, sadəcə içimdən gəldi”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi