azia.az
azia.az

Aşıq Namiq onu polisə verən qadınla bağlı kamera görüntülərini yaydı - VİDEO

17-07-2021, 20:06

Xəbər verdiyimiz kimi, tanınmış aşıq Namiq Fərhadoğlu (Namiq Hüseynov) barəsində hüquq-mühafizə orqanlarına şikayət daxil olub.
Aşıq Namiq onu polisə verən qadınla bağlı kamera görüntülərini yaydı - VİDEO
Azia.az xəbər verir ki, şikayətçi hüquq-mühafizə orqanlarına şikayət edərək N.Fərhadoğlu tərəfindən döyüldüyünü və aşığın ona qarşı seksual xarakterli hərəkətlər etdiyini iddia edib.

N.Fərhadoğlu saytımıza göndərdiyi eksklüziv görüntülərdə qadının ona şər atdığını, əslində heç bir döyülmə və ya seksual xarakterli hərəkətlərin olmadığını qeyd edib.

Aşıq Namiq qadının ondan oğlunu Cəmşid Naxçıvanski adına hərbi liseyə düzəltməsini xahiş etdiyini bildirib:

"Həmin qadın mənə deyib ki, tanışın çoxdur və oğlumu məktəbə düzəlt. Mən də ona demişəm ki, mənim orada tanışım yoxdur. Sən mənə de ki, oğluma saz öyrət, onu efirə çıxart və s . - bunları edə bilərəm. Başa düşmürəm, axı qadını niyə döyməliyəm? Qadını döyərlər heç? Bu, sadəcə olaraq bir tanış aşığın oyunudur".

Aşıq Namiqin saytımıza göndərdiyi həmin görüntüləri təqdim edirik:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi