azia.az
azia.az

Nadir “gül vurdu”:“Hər kəs papağını başında bərk tutsun”

15-07-2021, 12:02

Nadir “gül vurdu”:“Hər kəs papağını başında bərk tutsun”
Pantural” ləqəbi ilə tanınan montajçı Tural Səfərovun son çıxışları cəmiyyətdə etiraz doğurub. Ona görə ki, bloqer “ açıq-saçıq geyinən qadınları zorlayın” deyərək çağırış edib.Tənqidlərin ardınca o, “Pantural üzr istədi” adlı ironik video paylaşıb. Bunlarla yanaşı müğənni Nadir Qafarzədinin sözügedən şəxsi dəstəklədiyi iddia olunub, hətta onun sosial şəbəkələrdə bu rəyi yazdığı söylənilib:
“Pantural həbs olunsa, qeyrət cihadı edəcəyik. Açıq-saçıq paltar, şalvar geyinənləri, feministləri zorlayıb iradımızı bildirəcəyik. Hamımız bir olsaq, qeyrətlilərin qarşısında kimsə dura bilməz”. Məsələ istifadəçilər tərəfindən xoş qarşılanmayıb. N.Qafarzadə tənqid atəşinə tuutlub.
Mözvu haqda “Sherg.az”a açıqlama verən sənətçi belə bir fikir bildirmədiyini xüsusi vurğulayıb:
“Məndən əl çəkin! Bir ay yarım ölkədə olmadım, başım sakit idi. Yenə bura gəldim. Kim necə gəzir, harada nə edir, nəyimə lazımdır? Hər kəs öz qeyrətini, namusunu çəksin, papağını başında bərk tutsun. Nəyimə gərəkdir? Mənim bacılarım, anam deyillər ki... Özləri bilərlər. Hansısa bir münasibət bildirməmişəm. İnstaqrama baxmağa vaxtım da yoxdur. Həmin platformaya girməyə də iyrənirəm. Çoxdandır paylaşım etmirəm. Öz profilimi də mən işlətmirəm, dostlarım idarə edirlər. Onlar da Moskvada yaşayırlar”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi Panturalla bağlı araşdırmalara başlayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi