azia.az
azia.az

Orduya dəstək olmayan azərbaycanlı məşhurlar - Onlar erməni fanatlarından qorxurlar?

5-10-2020, 17:31

Orduya dəstək olmayan azərbaycanlı məşhurlar - Onlar erməni fanatlarından qorxurlar?

Orduya dəstək olmayan azərbaycanlı məşhurlar
Azərbaycan və Ermənistan arasında döyüşlər bazar günü, 27 sentyabr səhərindən bəri davam edir. Həmin gündən bəri həm ölkəmizdə, həm də xaricdə yaşayan həmvətənlərimizin orduya dəstəyi gecikmədi.

Yenisabah.az xəbər verir ki, belə həssas məqamda bəzi azərbaycanlı məşhurların məsələyə səssiz qalması təəssüf doğurdu. Belə ki, sosial şəbəkələrdə milyonlarla izləyicisi olan, Rusiyada yaşayan bəzi müğənnilər və bloqqerlər bu barədə heç bir paylaşım etməyib.

Rusiyada məşhurlaşan azərbaycanlılar siyahısında olan bloqqer Hüseyn Həsənov, Coni (Cavid Hüseynli), Aleksandr Əliyev və Nəvai Bəkirov (HammAli & Navai), Rauf Faik kimi məşhurların səssiz qalması sosial şəbəkə istifadəçilərinin etirazlarına səbəb olub. Onlar bu barədə ifaçılara sual ünvanlasalar da etirazları cavabsız qalıb.

Qeyd edək ki, bəziləri məşhurların bu addımını Rusiyada erməni fanatlarının çox olması ilə əlaqələndirirlər. Bu isə azərbaycanlı izləyicilərin hiddətinə səbəb olub.

Xatırladaq ki, iyul ayında müğənni Xəyyam Nisanov Rusiyada məşhurlaşan azərbaycanlıları tənqid etmişdi.

Bununla bağlı sosial şəbəkədə paylaşım edən sənətçi onların şəhidlərimizlə bağlı heç bir paylaşım etməməsini qınamışdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi