azia.az
azia.az

Türkiyədən gələn məşhur Azərbaycanda jüri masasında olacaq – VİDEO

1-02-2020, 15:42


Azia.az təqdim edir. Bakıda qonaq olan türkiyəli tanınmış stilist İvana Serti jurnalistlərlə görüşüb, onların suallarını cavablandırıb.
Türkiyədən gələn məşhur Azərbaycanda jüri masasında olacaq – VİDEO
Primetime.az xəbər verir ki, məşhur may ayının 10-dan start götürəcək “Stil” adlı realiti-şousunda dörd münsifdən biri olacaq. Layihənin rəhbəri və eləcə də jürilərdən biri olan müğənni Roza Zərgərli açıqlamasında bildirib ki, 3 qalib seçiləcək. Birinci yerin sahibi “Best Model of World” yarışmasında iştirak etmək hüququnu qazanacaq, ikinci yerin sahibi məşhur dəb kanalların biri ilə müqavilə imzalayacaq, üçüncü yerin sahibi ilə İtalyan brendi ilə bir illik işbirliyi olacaq.

İvana Sert isə Bakıdakı səfərindən məmnun qaldığını, paytaxtımıza artıq birinci səfəri olmadığını bildirib:

“Roza xanım sayəsində artıq Bakılı oldum. Amma əvvəllər də bura çox gəlmişəm. Artıq yeni layihəmiz üçün hazırlıqlar aparırıq. Ən yaraşıqlı xanım və bəyi seçəcəyik. Bu şanslı insanlar bir çox layihələrdə iştirak etmək hüququ qazanacaq. Ümid edirəm ki, zövqlə izləyəcəksiniz. Bu 18 gün ərzində Roza xanımın evində qalacağam (gülür). Onunla çox gözəl bir dostluğumuz yarandı”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi