azia.az
azia.az

Elnarə “Qarabağ atları”na mahnı həsr etdi

26-12-2019, 19:22


Elnarə “Qarabağ atları”na mahnı həsr etdi
Elnarə “Qarabağ atları”na mahnı həsr etdi
Müğənni Elnarə Xəlilova “Qarabağ atları” adlı yeni mahnısı və klipini təqdim edib. “Naxçıvan yallısı”nın musiqisi üzərinə yazılan mahnının sözləri Ramin Xəlilov, aranjemanı Samir Şirinova məxsusdur. Klipdə Dövlət Sərhəd Xidmətinin (DSX) süvarilər dəstəsi və əməkdar artist Nailə Məmmədzadənin rəhbərlik etdiyi DSX-nın Rəqs Ansmblı iştirak edib. Klip Azərbaycan Atçılıq Federasiyasının dəstəyilə “Sərhədçi” studiyası tərəfindən ekranlaşdırlıb.
“Qarabağ atları” klipində dünyada tanınan və tarixi, məşhur Qarabağ atlarının uğuru, cəsurluğu, gücü, şücaətindən bəhs edilir.
Klipin çəkilişlər Binə Atçılıq Mərkəzində aparılıb. Ekran işində Qarabağ atlarının dünyanın ən böyük arenalarında dünyanı fəth edən çıxışlarından olan videomateriallardan da istifadə edilib.
Klipə bu linkdən baxa bilərsiniz:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi