azia.az
azia.az

Porno videosu yayıldığı deyilən azərbaycanlı model danışdı

17-12-2019, 11:01


Azərbaycanlı model Ramina Abbasova bu dəfə öz layihələri ilə deyil, pornoçarxla müzakirələrə səbəb olub.
Porno videosu yayıldığı deyilən azərbaycanlı model danışdı
Çarx təkcə məşhur pornosaytda yox, həm də sosial şəbəkələrdə yayılıb. Videonu yayanlar iddia ediblər ki, kadrlarda Abbasova çəkilib.

Azia.az bildirir ki, model özü “Sputnik Azərbaycan”a müsahibəsində bütün bu söz-söhbətləri təkzib edib. Bununla yanaşı, model etiraf edib ki, həmin videoçarxla bağlı olanları unutmaq istəyir.

Onun etirafına görə, sosial şəbəkələrdə və müxtəlif saytlarda tez-tez məşhur şəxslərin əks olunduğu saxta videolar yayılır. Ona görə də, o özü bu çarxı sakit qarşılayıb.

“İşdə olarkən mənə bu barədə xəbər verdilər. Əvvəl çox qəzəbləndim, sonra sakitləşdim. Çarxda qızın sifəti və saçının rəngi göstərilmir.

Başa düşmürəm, necə kimsə yaza bilər ki, bu, mənəm? Bunu ancaq başqalarının uğurunu həzm edə bilməyən paxıl adamlar edə bilər.

Onlar görəndə ki, sən irəli gedirsən, o saat başlayırlar sənin haqqında müxtəlif neqativ şeylər uydurmağa”, – deyə Abbasova bildirib.

O, bu çarxı yayanı tapa bilməyib, çünki həmin video viruslu olub və hazırda ona hər yerdə, hətta pornosaytlarda belə baxmaq mümkündür.

Abbasovanın dediyinə görə, onun çoxlu düşmənləri var. Ola bilsin, bunu da vaxtilə birlikdə işlədiyi düşmənlərindən biri edib. Ona görə də model konkret ad çəkə bilmir.

“Mənim üçün ailəmin bunu necə qarşılayacağı vacib idi və onlar məni dəstəklədilər. Mən elə sahədə çalışıram ki, qısqanc, paxıllığımı çəkən insanlardan nə desən gözləmək mümkündür.

Anam bunu yaxşı başa düşür. Əlbəttə, bütün bu söz-söhbətlər ailəm üçün xoş deyil, amma onlar məni dəstəkləyirlər və bilirlər ki, heç vaxt elə iş tutmaram.

Güclü olmayan insan üçün bütün bunları yaşamaq çox çətindir. Amma artıq hər şey arxada qalıb. Mən bu çarxı unutmaq istəyirəm”, – deyə Abbasova əlavə edib.

Model bundan sonra ruhdan düşmək niyyətində deyil, əksinə, irəliyə doğru addımlamaq niyyətindədir. Hazırda o, bir çox layihələrdə iştirak edir.

Özü də təkcə model kimi fəaliyyət göstərmir, həm də öz mahnılarını yazdırır. Abbasova əmindir ki, gələcəkdə də belə feyk videolarla qarşılaşacaq, amma bütün bunlar onu sındıra bilməyəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi