azia.az
azia.az

Afət: “Hacı zor oğlandır, Hacı ürəkdi, Hacı qaşdı, Hacı gözdü” – VİDEO

5-09-2019, 21:10


Jurnalist Sara Səfurənin müğənni Afət Fərmanqızının dini nikah kəsdirdiyi sevgilisi Hacı Roma barədə açıqlaması qarşı tərəfi qəzəbləndirib.
Afət: “Hacı zor oğlandır, Hacı ürəkdi, Hacı qaşdı, Hacı gözdü” – VİDEO
BAKU.WS xəbər verir ki, ifaçı jurnalistin ittihamlarına cavab olaraq video paylaşıb.
O, cavab verərkən təhqirdən də yan keçməyib:

“Bir ağzı əyri-gözü çaş məxluq, bilinmir kişidir, yoxsa arvad, həyatından küskün biri çıxıb mənim həyat yoldaşıma iftiralar atır. Mənə deyir ki, qadın ovçusudur, qaç canını qurtar. Bu qədər maddi gücə sahib bir oğlan qadını yeməyə necə gəlib? Bu bir məntiqsizlik. İkincisi, Hacının evləri də var, maşınları da. Üçüncüsü, mən ağılsız qadın deyiləm. Dördüncüsü, Hacı mənə 3 otaqlı ev bağışlamaq istədi, mən qəbul etmədim. Dedim, Hacı, Allah qoysa 1 il sonra övladımıza bağışlayarsan. Pis oğlandan qaçıb, canını qurtarıb, nəzir-niyaz paylayırlar, pis oğlanın dalınca düşmürlər. Deməli, Hacı zor oğlandır!”

Afət videonu bu sözlərlə paylaşıb: “Guya sənin mənə canın yanır? Nəsiminin qəzəli vaxtında sən mənə qarşı olmazın iftiralarını atdın. Sən mənə o vaxtdan düşmənsən. Qaldı Hacıya, Hacı ürəkdi, Hacı qaşdı, Hacı gözdü”.

Fərmanqızı S.Səfurəni məhkəməyə verdiyini deyir: “Nəzərinizə çatdırım ki, o ağzı əyri, gözü çaş məxluq məhkəməyə verilib artıq!”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi