azia.az
azia.az

" 6 aylıq evlilikdən sonra boşananlar arasında gənclər çoxdur"

15-05-2019, 16:55

Azia.az: Komitə sədri: "6 aylıq evlilikdən sonra boşananlar arasında gənclər çoxdur"
Statistika göstərir ki, 6 aylıq evlilikdən sonra boşananlar arasında gənclər çoxdur. Bu, bizi çox narahat edir.
" 6 aylıq evlilikdən sonra boşananlar arasında gənclər çoxdur"
Trend-in məlumatına görə, bunu “Beynəlxalq Ailə günü”nə həsr edilmiş “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

Onun sözlərinə görə, boşanmalar, qeyri-rəsmi nikahların olması narahatedici haldır: "Bu hallar bizi narahat edir. Qeyri-rəsmi nikahlar Azərbaycan xalqına xas deyil. Belə halların olması bizi narahat etməlidir. Bizi daha çox narahat edən isə gənc ailələrin boşanmasıdır. Boşanmalar gəncləşib".

A.Naxçıvanlı bildirib ki, ailə dəyərlərinin itməməsi üçün qanunvericiliyə hansı dəyişikliklərin edilməsi barədə də düşünmək lazımdır.

Deputat onu da əlavə edib ki, bu gün Azərbaycanda dövlət tərəfindən ailələrə dəstək göstərilir. Güzəştli ipoteka kreditlərinin verilməsi buna misal ola bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi